Tesla-dan Model 3 elektromobili

Kaliforniyada Tesla-nın Model 3 elektrik maşınlarının ilk otuz alıcıya təntənəli təqdimetmə mərasimi keçirildi.
 
Model 3 Teslanın ən əlverişli elektromobili hesab edilir. Həmin modelin standart versiyasının satış qiyməti 35,000 ABŞ dollarıdır. Bu model bir dəfə topladığı enerji ilə 350 kilometr hərəkət edə biləcək.
Qiyməti 44,000 ABŞ dolları olan modelin gücləndirilmiş batareyalı Model 3-ün isə fasiləsiz 500 kilometr hərəkət etmək gücü var.
Bloomberg-in yazdığına görə, Model 3 bu göstəricilərə sahib olan ən ucuz maşındır. Yeni modelər saatda 100 kilometr sürəti 5.6 saniyəyə toplayır. Gücləndirilmiş batareyalı modeldə isə bu göstərici 5.1 saniyədir.
Yarım milliona yaxın insan Model 3-ü daha tez əldə etmək üçün 1,000 ABŞ dolları depozit ödəyiblər.
Bu qədər maşını nə qədər müddətə istehsal ediləcəyi aydın deyil. Şirkət ümid edir ki, ilin sonuna istehsal gücünü ayda 20,000 maşına qədər artıra biləcək.