Terrrorçu PKK-YPG əlaqələrini ifşa etdi

Baxış sayı:
7105

Suriyada YPG/PKK düşərgələrində təlim aldıqdan sonra xəstəxanalarda feldşer olaraq çalışan, təşkilatdan qaçdıqdan sonra Adanada həbs olunan terrorçu, YPG ilə PKK arasında əlaqələri anladıb.
 
Terrorçu Zahat Ə. ilə birlikdə "silahlı terror təşkilatına üzv olmaq" cinayətindən mühakimə olunan və fəal peşmançılıq qanunundan yararlanan Dilan D. (19) ittihamnamədə əks olunan ifadəsində, təşkilat və nümayəndələri haqqında etiraflar edib.
Dilan D. ifadəsində, təşkilatla tanış olmasının 2015-ci ilin mart ayında HDP seçki çadırında aparılan təbliğat işi ilə başladığını, 22 mart 2015-də də PKK terror təşkilatına qoşulduğunu bildirib.
Təşkilata qatılmaların "milislər" vasitəsilə aparıldığını bildirən Dilan D, terrorçular tərəfindən aparıldığı Suriyanın müxtəlif bölgələrindəki çadırlarda aldığı təlimlər və buradakı təşkilat nümayəndələri haqqında məlumatlar verib.
Suriyanın Dərində bölgəsindəki 1 aylıq tibbi təlimdən sonra Kobanidəki (Ayın əl Ərəb) xəstəxanaya göndərildiyini bildirən Dilan D, belə davam edib:
“2016-cı ildə Kobanidə olan YPG xəstəxanasına gəldim. Xəstəxananın rəhbəri Qulan idi. Buraya gəlməzdən əvvəl PKK adına Türkiyədə döyüşdüyünü, bu zaman yaralanıb, müalicə məqsədli Suriyaya göndərildiyini özündən eşitdim. Xəstəxana təxminən 60 nəfərlikdir. Bizimlə birlikdə xəstəxanada xidmət edən digər şəxslər, pul əvəzi çalışan Suriyalılar da var. Xəstəxanada çalışarkın İraqlı olduğunu öyrəndiyim 26-27 yaşlarında Dijvar kod adlı təşkilat mənsubu gətirilmişdi. Sağ ayağı diz altından gülləylə yaralanmışdı. Təşkilat daxilində silahlı fəaliyyət göstərdiyi zaman yenə təşkilat içindən bir qızla sevgi yaşadığını, məhz buna görə digər təşkilat nümayəndələri tərəfindən vurulduğunu söyləmişdi. Həmçinin 2016-ci ildə təlim aldığımız zaman Şanlıurfalı olduğunu öyrəndiyim qadın təşkilat mənsubu, təşkilatdan getmək istədiyini söylədi. Onu sorğuya aldılar, təhdid etdilər. Bundan sonra təlim üçün verilən əl bombasını üzərində partladaraq intihar etdi".
 
Paltar və ərzaqlar PKK-dan gəlir
 
Dilan D., Suriyanın müxtəlif bölgələrinə" feldşer" olaraq göndərildiyini bildirərək "YPG-yə silah, yaşayış materialları və dərmanların hamısı ABŞ əsgərləri tərəfindən gətirilir. Geyim və ərzaq isə PKK tərəfindən İraq üzərindən göndərilir. YPG içində olduğum müddət ərzində ümumiyyətlə PKK təşkilatı adına fəaliyyət göstərən Stern TV, Ronahi TV adlı kanalları izləyirdik. Türk kanallarını izləmək qadağan idi. Bu kanallar üzərindən şifrəli mesajların göndərilib göndərilmədiyi haqqında məlumat sahibi deyiləm" deyib.
Afrinə əməliyyat başladığı zaman Qamışlı bölgəsində olduğunu bildirən Dilan D, bunları qeyd edib:
“Orada olan təşkilat mənsubları hava hücumu olacağından qorxurdular və ümumiyyətlə, mülki paltar geyinərək mülki əhalinin evində yaşayırdılar. Təşkilat mənsublarında ümumiyyətlə narahatçılıq hökm sürürdü. Mən təşkilatdan qaçmaq istəyərkən tutuldum. 4 fevral 2018-də təşkilat tərəfindən zorla saxlanıldığım evdən qaçdım. Bir gün sonra da sərhəd xəttində Türk ordusuna təslim oldum. Təşkilatın iç üzünü gördüyüm üçün qaçaraq ölkəmə qayıtmağa qərar verdim".

Müxalifət.az