Terroru bəsləyən Xaçlı Qərb

Baxış sayı:
1318

Türkiyədə AK Partiya İnsan Haqqları Komissiyası tərəfindən hazırlanan "Qərb ölkələrində Yaşanan İnsan Haqlarının Pozulması Hesabatı" ndakı 'Qərb ölkələrinin terror təşkilatı döyüşçülərinə və fəaliyyətlərinə verilən dəstək' mövzusundakı hissədə, bu gün dünyanı qana bulayan terror təşkilatların az qala hamısının Qərb tərəfindən qorunduğu və dəstəkləndiyi ortaya qoyulub.
 
Hesabatda, ABŞ-ın, xüsusilə PKK / PYD və Suriyadakı müxtəlif terror təşkilatlarına silahlı və lojistik dəstəklərlə təlim verdiyi qeyd edilib. ABŞ-da FETÖ liderinin və 140-dan çox FETO məktəbinin, dərnəklər və Vəqflərin olduğu qeyd edilib. PKK / PYD-yə 2 min təyyarə və 5 min TIR dolu silah verən ABŞ, Texasda 2 min terrorçuya təlim verərək hazırlayıb, bölgədəki terror döyüşçülərinə də silah və bomba təlimi verib.
 
Almaniyada 200 PKK dərnəyi
 
Almaniyanın da ABŞ-dan heç bir fərqli tərəfi yoxdur. PKK-ya bağlı 200-dən çox dərnək, vəqfin olduğu, terror təşkilatı mitinglərinə icazələr verildiyinə diqqət çəkən hesabatda, onlarla DHKP-C döyüşçüsü ilə Zəkəriyyə Öz kimi üst səviyyə FETÖ üzvünün Almaniyaya sığındığı ifadə edilir.
 
Belçika PKK bazası kimi
 
Hesabatda, Remzi Kartal, Zübeyr Aydar kimi PKK-nın üst səviyyə idarəçilərini ölkəsində qoruyan Belçikanın PKK / PYD-yə verdiyi silahlar da qeyd olunub.
Terror təşkilatının lideri Öcalan üçün 'Öcalana Azadlıq' kampaniyasına icazə verən İngiltərə isə, parlamentdə terror təşkilatı PYD-nin başçılarından olan Saleh Müslimin çıxışına imkan yaradıldığı və İngiltərəyə sığınan FETO üzvləri arasında haqqında ev həbsi qərarı alınan Akın İpək başda olmaqla, Mustafa Yaşıl, “Bu gün TV”-nin baş redaktoru Tarık Toros, “Bank Asya”-nın keçmiş rəhbəri Ali Çelik kimi köhnə şəxslərin yer aldığı bildirilir.
 
Yunanıstandan 128 qızıl viza
 
Fransanın terror təşkilatı PKK-nın iqtisadi fəaliyyətləri və silah təlim düşərgələrinə dəstək verdiyi ifadə edilən hesabatda, Fransada bəzi bələdiyyələrin 15 iyul çevriliş cəhdindən sonra bağlanan FETÖ-nun təhsil mərkəzləri üçün büdcə formalaşdırdığı və xüsusi mərkəz təsis etdiyi məlumatı yer alır. Terror təşkilatı PKK və DHKP-C-dən təlim düşərgələrinə dəstək və icazə verən Yunanıstanın çevrilişçilərdən iki FETO hərçilərini Türkiyəyə ekstradisiya etməyərək FETÖ-çu 128 adama "qızıl viza" verdiyi ifadə edilir. PKK-nın iqtisadi fəaliyyəti və silahlı təlim düşərgələrini dəstəkləməsi üçün İsveçdə 250-dən çox FETO-çu yerləşir. İsveçrə yüzlərlə FETO-çunun sığınacaq istəklərinə müsbət cavab verib.
Danimarkada FETÖ-ya aid 10 məktəbin PKK-nın media fəaliyyət və təlim düşərgələrini dəstəklədiyi ifadə edilib. Avstriyada 50 təhsil müəssisəsi var. 5 FETÖ qurumuna sahib İtaliya, PKK / PYD-yə silah və sursat təmin edir.
 
ABŞ-da 140 FETÖ məktəbi
 
ABŞ-da milyardlarla dollarlıq ticarət həcmi olan FETO, 140 məktəb yaradaraq ildə 500 milyon dollar qazanır, bu məktəblərdə 60 min şagirdin beynini zəhərləyir.
Hesabatda, İŞİD-ı yox etmək üçün qurulan koalisiyada olan ölkələrin terror təşkilatına qarşı heç bir məsafə qoymadığı, əksinə Qərbli gənclərin terror təşkilatına qatılması üçün şərait yaratdığı vurğulanır.
Müxalifət.az