Terrorla mübarizə üçün gəldi, TERRORÇU OLDU

 Terror təşkilatı İŞİD-ə qarşı mübarizə aparmaq üçün Yaxın Şərqə gələn Norveçli, artıq PKK-lı olduğunu açıqlayıb.
 
Norveçin ən çox oxunan internet saytlarından vg.no-nun xəbərinə görə, 26 yaşlı norveçli Karl Hakon Gulbrandsen artıq PKK-ya bağlı bir terrorçudur.
Dünən yayımlanan xəbərdə, terror təşkilatı İŞİD-lə mübarizə üçün Yaxın Şərqə gələn Gulbrandsenin, artıq PKK-lı olduğu və Türk birlikləri ilə döyüşmək istədiyi bildirilir.
Karl Hakon Gulbrandsen 2 il yarım bundan əvvəl də Norveçdə nəsli tükənməkdə olan canavarları öldürməklə günahlandıran insanlara verdiyi dəstəklə mediada xəbər olmuşdu.
PKK Türkiyə ilə yanaşı, ABŞ, Aİ və NATO tərəfindən də terror təşkilatı kimi görülür. Ancaq ABŞ, PKK-nın Suriya qolu PYD-yə İŞİD-ə qarşı mübarizə adı altında hava hücumu, silah və təlim yönündə dəstək verir.
Xatırladaq ki, PKK/PYD-yə qoşulan 2 Amerikan və Kanada vətəndaşı da az öncə öz ölkə rəhbərliyinə müraciət edərək onları terrorçulardan xilas etməyi xahiş etmişdilər. Hal-hazırda hər iki xarici vətəndaş PKK/PYD-nin həbsxanasında saxlanılır və məxsus olduqları ölkələr də onlardan imtina etmiş durumdadırlar. Çox keçməz ki, məcara axtaran və türk mehmetcikləri ilə döyüşmək istəyən norveçli döyüşçü, Osmanlı silləsinin tamını dadar.
Müxalifət.az