“Terrorla mübarizə aparan amerikalı müsəlman olmağımla qürur duyuram" - FBI AGENTİ

"Mənim yaratdığım əfsanələr, uydurduğum hekayələrin heç biri həqiqətdən o qədər də uzaq olmayıb"
 
ABŞ-ın hazırda fəaliyyətdə olan Federal Təhqiqatlar Bürosu (FBI) agenti ekstremist cihadçı qrupların içərisinə soxularaq, onların planlarını aşkarlamaqla məşğuldur.
Tamer El-Noury - bu, agentə məxsus olan bir çox saxta adlardan biridir. O, BBC ilə söhbətində hücumları planlaşdıran qrupların inamını qazanaraq, onların dairələrinə soxulması barədə danışıb.
Dörd il əvvəl, o, əvvəl New York - Toronto qatar reysində qəza törətmək planının qarşısını almaqda mühüm rol oynayıb.
O, işi barədə kitab yazıb və bununla amerikalıları onun müsəlman agent kimi apardığı işlər barədə məlumatlandırmaq istədiyini deyib.
"Fakt budur ki, bu cihadçılar - göbələk kimi üzə çıxan bu radikallar - özünü itirmişlərdir", o, BBC-yə verdiyi müsahibədə deyib. "Onlar özlərinə məqsəd verən nifrət və pisliyə yapışırlar."
"Mən müsəlmanam və amerikalıyam və dinimi ləkələyən bu heyvanların mənim ölkəmə etdikləri məni dəhşətə gətirir", o, deyib.
 
"Qəfil görüş"
 
ABŞ-a Misirdən gələn köçkünlərin oğlu olan cənab El-Noury New Jersey-də polisə qoşulub və orada narkotik paylanma şəbəkələrinə qarşı əməliyyatlarda iştirak edib.
Bundan sonra, çox az sayda işçilərinin ərəb dilində danışdığını anlayan FBI tərəfindən işə qəbul edilib.
Onun iştirak etdiyi məxfi əməliyyatlardan birində, bir qrup şəxs New York-Toronto qatarını reysdən çıxararaq mümkün olduqca çox adamı öldürməyi planlaşdırırdı.
Cənab El-Noury bu hücumu planlaşdıran tunisli köçkün Chiheb Esseghaier-lə FBI-ın təşkil etdiyi bir "təsadüfi" görüşdə tanış olub.
Bir qədər sonra, Chiheb Esseghaier ona hücumda iştirak etməyi təklif edib.
O özünü şəxsi bir nifrətə sahib olan varlı, ərəb əsilli amerikalı kimi təqdim edib. O bu personajı həqiqətə, mümkün olduqca oxşatmağa çalışdığını deyir.
"Mənim yaratdığım əfsanələr, uydurduğum hekayələrin heç biri həqiqətdən o qədər də uzaq olmayıb", o deyir.
"Dünyanı ideoloji ekstremistlərlə səyahət etdiyin zaman və onlarla günlər və həftələr keçirəndə, yorulduqca sənin həqiqi şəxsiyyətin üzə çıxır."
O deyir ki, işinin" ən çətin cəhəti" həftələrlə cihadçılarla qalıb özünü onların yaxın dostu kimi aparmaqdır.

"Mənim işim cihadçıları qucaqlamaqdır və əlbəttə ki, onların planlaşdırdıqları bu vəhşiliklər mənim üyərimi bulandırır."
"Məncə işimi yaxşı görməyin yeganə yolu onlarda xırda da olsa bir insani yaxşı cəhətə yapışmaqdır....anası ilə necə rəftar edir, bacı-qardaşlarının maddi qayğısı ilə necə məşğul olur."
New York-a bir səfərdə cənab Esseghaier Times Square-də (Times Meydanı) bir hücum planlaşdırmağa başlayıb. O, bunun qatar hücumundan sonra baş verməsini istəyirdi, cənab El-Noury CBS kanalının Sixty Minutes (Altmış Dəqiqə) verilişinə deyib.
Bu səfərdə o, cənab Esseghaier-lə Dünya Ticarət Mərkəzinin yerləşdiyi yerə gedib. Orada Esseghaier-in "ABŞ-a "daha bir 9/11 hücumuna ehtiyac olduğunu" deyəndən sonra, "mən gəzəblənərək az qala agent olaraq öz kimliyimi açıqlayacaqdım", o deyir.
Lakin bu planların heç biri reallaşmadı - 2013-cü ildə həm Esseghaier, həm də ki, fələstin əsilli kanadalı Raed Jaser həbs edilib. 2015-ci ildə El-Noury-nin araşdırması əsasında hər iki şəxs ömürlük həbs cəzasına məhrum edilib.
BBC təhlükəsizlik müxbiri Frank Gardener deyir ki, cənab El-Noury-nin hekayəsi gizli agentlərin təhlükəli və qaranlıq dünyalarına nadir bir pəncərədir.
Onun sözlərinə görə, FBI, öz agentini qorumaq üçün Frank Gardener-in müsahibiylə telefon danışığını dinləməkdə israr edib.
Bir agentin işi yalanlarla dolu olur. Lakin o, satqınlıq ittihamları ilə gürur duyduğunu deyir.
"Mənim dinimi ləkələyən bu radikallar, bu satqınlardır. Mən bir vətənpərvər olmağımla gürür duyuram və terrorla mübarizə aparan amerikalı müsəlman olmağımla qürur duyuram", o deyib.
Tamer El-Noury-nin gizli agent həyatı barədə kitab - "Amerikalı Radikal" - Penguin Random House nəşriyyat evi tərəfindən oktyabrın 23-də dərc edilib(BBC).