Terrordan sonra Yeni Zelandiyadan kritik qərar!

Baxış sayı:
18952

 Yeni Zelandiyanın baş naziri Jacinda Arder, qanlı hücumdan sonra ölkədəki silah əldə etmə qanunlarının dəyişəcəyini bildirib.
 
Baş nazir Ardern Christchurch şəhərində iki məscidə təşkil olunan 49 nəfərin həyatını itirdiyi terror hücumu səbəbilə bu şəhərə gəlməmişdən əvvəl jurnalistlərə bildirib.
 
SİLAH QANUNU DƏYİŞƏCƏK
 
 Hücumu həyata keçirən terrorçunun 2017-ci ilin dekabrında silah lisenziyası aldığını və qətliamda 2-si yarı avtomatik, 2-si ov tüfəng olmaqla, ümumilikdə 5 silahın istifadə edildiyini açıqlayan Ardern, “Silah lisenziyalarının verilməsi və bu silahların saxlanılmasından dolayı baş verən hadisə üzərində iş aparılarkən hazırda silah qanunlarımızın dəyişəcəyini deyə bilərəm” deyib.
 
16 YAŞINDAN BÖYÜKLƏRƏ VERİLİR
 
 Yeni Zelandiya qanunlarına görə, silah rüsxəti hər hansı bir cinayətkar keçmişi olmayan, 16 yaşından böyük və əsaslı səbəbi olanlara verilir.
Terror hadisəsinin baş verdiyi Christchurch şəhərinə gedib, Al Nur və Linwood Məscidlərində və regionda araşdırmalar edəcəyini ifadə edən baş nazir Ardern, xəstəxanalarda 2-sinin vəziyyəti kritik, 40 yaralının olduğunu qeyd edib.
 Regiona kəşfiyyat əməkdaşlarının da yer aldığı, əlavə təhlükəsizlik qruplarının sövq edildiyini bildirən Ardern, “Tutulanlardan heç birinin Avstraliyada və burada cinayətkar keçmişi yoxdur. Burada və Avstraliyada təqib siyahısında deyildi. Ölkəmiz yasdadır, biz suallara cavab axtarırıq” deyib.
Müxalifət.az