​Terrorçunun evindən İŞİD-ə yazılan məktublar tapıldı

Baxış sayı:
2902

Fransanın cənubunda girovların götürülməsindən sonra öldürülən Reduan Lakdimin yaşadığı evdə İŞİD terror qruplaşmasına göndərilən məktub-vəsiyyətlər aşkar edilib.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda LCI telekanalı bildirib.
Qeyd edək ki, ötən gün hücumların seriyası Fransanın cənubunda yerləşən Od departamentində baş verib. Mərakeşdən gəlmə 26 yaşlı Reduan Lakdim Karkason şəhərində avtomobilə hücum edərək onun sərnişinini öldürüb.
Daha sonra isə qonşu Treb kommunasında “Super U” supermarketinə gələrək orada müştəriləri və market işçilərini girov götürüb. Hücum nəticəsində 3 nəfər ölüb, 15-dən çoxu yaralanıb. Beləliklə, hücumların qurbanlarının ümumi sayı 4-ə çatıb.
Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.