"Terrorçularla bağlı heç kimdən icazə almarıq" – TÜRK NAZİR

PKK da İŞİD kimi terror qruplaşmasıdır.
 
Bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın danışıb.
“Təhlükəsizlikdən söhbət gedirsə, heç kəsdən icazə almarıq. Qəndil istiqamətində olar, Sincara olar. Biz terrorla mübarizə sahəsində həmişə gərgin səy göstərmişik. PKK-nın İran qanadı olan PJAK onlar üçün də bir problemdir. İranla təhlükəsizlik sahəsində əməkdaşlığımızı artırmağımız vacibdir”, - Qalın deyib./axar.az