​Terrorçuların XAİN PLANI - “Süleyman şah”a qarşı

Baxış sayı:
4399

PKK-PYD terror qruplaşması Türkiyənin Süleyman Şah türbəsini əvvəlki yerinə qaytarmasına əngəl olmaq üçün hazırlıqlar aparır.
Muxalifət.az xəbər verir ki, türk kəşfiyyat qurumları Berkel dağında tunellər qazaraq, onlardan qərargah kimi istifadə edən terrorçuların Karakozak kəndində də 25 kilometrlik tunel və xəndəklər qazdığını ortaya çıxarıb.
Məlumata görə, Berkel dağından çıxacaq terrorçular düzənlik hissədə türk qırıcılarına hədəf olmamaq üçün dərinliyi 5 metrə çatan xəndəklər qazıb. Bəzi ərazilərdə xəndəklər tunel halına gətirilib. Şuyuh kəndindən başlayan xəndək və tunellərin cənubdakı Baçak kəndində sona çatdığı qeyd olunub. Terrorçuların bölgədə apardığı bu hazırlıqların TSQ-nın Menbiçə nəzarəti ələ keçirəcəyi halda türk əsgərinin Fəratın qərbinə keçməsinə və Süleyman Şahın qəbrinin daşınmasının qarşısının alınmasına hesablandığı məlum olub.
Qeyd edək ki, Süleyman Şah türbəsi bundan əvvəl Suriyanın Hələb vilayətinin Karakozak kəndi sərhədləri içərisində yerləşirdi. Bura Türkiyənin öz hüdudlarından kənarda sahib olduğu anklavıdır.
2014-cü il martın 13-də Azad Suriya Ordusu ilə İŞİD arasındakı qarşıdurmalar nəticəsində Karakozak kəndi və türbənin olduğu ərazi terror təşkilatı İŞİD-in nəzarətinə keçib. TSQ-nin 700 nəfərlik heyəti 2015-ci il fevralın 22-də türbədə olan 40 əsgəri ölkəyə geri qaytarmaq üçün Suriyaya daxil olub. Türbədə yerləşən Süleyman Şahın məzarı və digər mənəvi dəyərli əşyalar götürüldükdən sonra türbə və yaxınlıqdakı polis bölməsi partladılıb. 2015-ci ildə Süleyman Şah türbəsi Şanlıurfanın Birəcik mahalının qarşısında, Suriyanın Əsmə kəndində yenidən qurulub.
Hazırda Türkiyə Süleyman Şahın əvvəlki məqbərəsini bərpa etmək istəyir.