Terrorçuların “Süleyman Şah” PLANI ORTAYA ÇIXDI

Baxış sayı:
5698

PKK/PYD-YPG Süleyman Şahın qəbrinin köhnə yerinə daşınmasının qarşısını almaq üçün Karakozak kəndinə qədər uzanan və 25 km-ə çatan tunel və xəndəklər qazıb.
 
Terror təşkilatı PKK/PYD-YPG, Süleyman Şahın qəbrinin Suriyadakı keçmiş yerinə daşınmasının qarşısını almaq üçün bölgədə ciddi bir hazırlıq görür. Xüsusi xidmət orqanları Bərkəl Dağının içinə tunellər qazaraq qərargah olaraq istifadə etməyə hazırlaşan təşkilatın, Karakozak kəndinə qədər uzanan və 25 kilometrlik tunel və xəndəklər qazdığını müəyyən edib.
Suriyada İŞİD terrorunun artdığı dövrlərdə Suriyanın Karakozak kəndində yerləşən Süleyman Şahın qəbri də böyük bir risk altına girmişdi. 2015-ci ilin fevral ayında Şah Fərat əməliyyatını həyata keçirən Türkiyə, Süleyman Şahın qəbrini, əşyalarını və vəzifəli hərbçiləri Türkiyə sərhədinə gətirmişdi.
Süleyman Şahın qəbri hazırda Suriya tərəfdə müvəqqəti iqamətgahda yerləşir.
 
BƏRKƏL DAĞI QƏRARGAHLARI
 
İŞİD-in Karakozak kəndindən təmizlənməsindən sonra bu dəfə də regionun nəzarəti PKK/PYD-YPG terror təşkilatına keçdi. Karakozak kəndi də Menbiçin arxasındakı Fərat çayının şərqində yerləşir. Türkiyə bölgənin terrordan təmizlənməsi ilə birlikdə Süleyman Şahın qəbrinin keçmiş yerinə qaytarılacağını açıqlamışdı. Son olaraq baş nazirin müavini Fikri İşıq da qəbrin köhnə yerinə qaytarılacağını vurğulayıb.
Xüsusi xidmət orqanları və regiondakı mənbələrə görə, terror təşkilatı PKK/PYD-YPG, Türkiyənin qəbri köhnə yerinə daşımasının qarşısını almaq üçün bölgədə ciddi hazırlıq görür. Terrorçuların, Karakozak kəndinin 15 kilometr şimal-şərqində yerləşən Bərkəl Dağını qərargah halına gətirdikləri öyrənilib. Bərkəl Dağının içinə Afrindəki kimi tunellər qazıldığı, bunların da maddi-texniki və qərargah məqsədli istifadə edilmək istədiyinə diqqət çəkilir. Bərkəl Dağından da həm Karakozak kəndinin şimalındakı Şuyuh kəndinə, həm də cənubdakı Baçak kəndinə qədər xəndəklər qazıldığı öyrənilib.
 
5 METRLİK XƏNDƏKLƏR.
 
“Sabah” qəzetinin xəbərinə görə, Bərkəl Dağından çıxacaq terrorçuların düzənlikdə təyyarələrə hədəf olmamaq üçün dərinliyi 5 metr olan xəndəklər qazdığı, bəzi yerlərdə bu xəndəklərin tunel halında yer altından davam etdiyi ifadə edilir. Şuyuh kəndindən başlayan xəndək və tunellərin də cənubdakı Baçak kəndində sona çatdığı, regionda təxminən 25 kilometr uzunluğunda tunel və xəndəklərin olduğu bildirilir. Təşkilatın regionda apardığı bu hazırlığın Menbiçin təhvil verildiyi təqdirdə Türk əsgərinin Fəratın qərbinə keçməsini və Süleyman Şahın qəbrinin yerinə daşınmasının qarşısını almaq üçün aparıldığı bildirilir.
Müxalifət.az