“Terrorçuların silahlandırılması artıq həlqədən çıxıb” - Ərdoğan

Sərhədimizdəki terrorçuların silahlandırılması cavabsız qalmayacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan G20 sammitindən sonra mətbuat nümayəndələrinə açıqlamasında deyib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə özünü qoruma haqqından istifadə edəcək:
“Sərhədlərimizin yaxınlığında terror qruplaşmalarının dəstəklənməsinə, silahlandırılmasına və təşkilatlandırılmasına əsla səssiz qalmayacağıq. Terror qruplarına verilən silahların ölkəmizdə də ələ keçirilməsi onu göstərir ki, mövcud problem artıq həlqəsindən çıxıb”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl YPG terror qruplaşmasının silahlandırılması ilə bağlı sərəncam imzalamışdı.