Terrorçuların lideri Türkiyədə müalicə alır? - Şok məlumat

Baxış sayı:
18049

Nüsrə Cəbhəsi terror qruplaşmasının lideri Məhəmməd Əl Cülani ağır yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə sektorundakı mənbələr məlumat yayıb.
“Dünən gecə İdlibdə baş verən partlayışda həmin şəxs başından qəlpə yarası alıb. O, Türkiyənin Hatay şəhərindəki xəstəxanalardan birinə çatdırılıb. Hadisə nəticəsində o beyin silkələnməsi keçirib və təcili əməliyyat olunub”, - deyə məlumada bildirilib.
Qeyd edək ki, Cülanin bundan öncə bir neçə dəfə ölüm xəbəri yayılsa da, sonradan belə informasiyaların əsassız olduğu ortaya çıxmışdı.