Terrorçuları titrədəcək açıqlama: “Bu yaz terroru tarixə göməcəyik”

Baxış sayı:
6166

Türkiyənin Daxili İşlər Nazirliyinin Monitorinq və Qiymətləndirmə Sistemi Layihəsinin (İZDES) növbəti iclasında iştirak edən daxili işlər nazirinin müavini Mehmet Ərso jurnalistlərə açıqlamalar verib.
 
Ərsoy terrorla mübarəzəyə də toxunub:
"Bu gün terror təşkilatına qoşulanların sayı 2018 ili üçün ən aşağı həddədir. Başda kürd qardaşlarımız olmaqla, dağlıq ərazi olan o coğrafiyada yaşayan hər kəsin canına, malına, namusuna və əmin-amanlığına təsir edən, 11-13 yaşlı uşaqları dağlara qaçıraraq istismar edən canı və vəhşi terror təşkilatı bu gün riyazi olaraq tarixinin ən düşük vəziyyətinə gəlmişdir. Terrorçular mağaralarından başlarını çölə çıxara bilməyəcək vəziyyətə gətirilmişdir. Allahın izniylə əsgərlətimizin iş birliyi ilə biz bu yaza artıq terror təşkilatını tarixə gömmüş bir dövlət kimi xalqımızın hüzuruna çıxmağı hədəf seçirik. Terror təşkilatının sərhədlərimiz daxilindəki varlığı 700 rəqəmi ilə ifadə edəcəyimiz bir saya qədər azaldılmışdır. Bu, terrorla mübarizədə həm ədədi mənaya, həm də əks olunmaları mənasında çox ciddi bir uğura malik olduğumuzun göstəricisidir".
Bu gün Türkiyə sərhədləri daxilində əlçatmaz ərazi qoyulmadığına diqqəti çəkən Mehmet Ərsoy, terrorla mübarizədə çox önəmli bir məsafənin qət olunduğunu, bunun yalnız təhlükəsizlik qüvvələrinin deyil, eyni zamanda xalqın, xüsusən yerli xalqın verdiyi ciddi dəstəkdən qaynaqlandığını qeyd edib.
Müxalifət.az