Terrorçulara məxsus yeraltı tunellər sistemi aşkarlandı - TÜRKİYƏ SƏRHƏDİNƏDƏK UZANIR

Baxış sayı:
536

Türkiyə Ordusu Suriyanın şimalında keçirdiyi “Barış bulağı” əməliyyatı nəticəsində YPG və PKK terrorçularından azad etdiyi Rəsulayn şəhərində terrorçulara məxsus yeraltı tunellər sistemi aşkarlayıb.

AzərTAc xəbər verir ki, tunelin şəhər mərkəzinin müxtəlif istiqamətlərini əhatə etdiyi və Türkiyə sərhədinə qədər uzandığı bildirilir.

Əsas girişi ərazidəki anbarların birinin içində olan tunel yerin təxminən 13 metr dərinliyindədir. Uzunluğu kilometrlərlə ölçülən yeraltı keçid sisteminin hündürlüyü 3, eni isə 2,5 metrdir.