Terrorçulara İİNTERPOL QALXANI

Baxış sayı:
7123

Türkiyənin, sisteminə girdiyi 72 min FETÖ-çunun qeydiyyatını "siyasi" olduğu əsası ilə silən İnterpol, qırmızı bülleten oyununda da eyni bəhanəyə sarılaraq bülleten müraciətlərini gözləməyə aldı.
 
İnterpol, Türkiyənin 2 avqust 2016-cı ildə İnterpol sisteminə girdiyi 72 min FETÖ-çunun qeydiyyatını silərək Türkiyəyə mövqeyini ortaya qoymuşdu. Bu prosesdə İnterpol, Türkiyədə dövlət çevrilişi etməyə cəhd edən FETÖ üzvlərinin pasportlarının ləğv edilərək sistemə qeyd edilməsini siyasi kimi səciyyələndirmişdi. Beləliklə də FETÖ-çuların beynəlxalq təqibinin qarşısı alınmaqla bərabər, həm də sistemə yeni məlumat girişi də məhdudlaşdırılmışdı. Halbuki beynəlxalq hüquqda dövlət başçıları və ailələrinə silahlı bir təşəbbüs törədilsə, çox sayda insan həyatını itiribsə, bu, siyasi cinayət olaraq qəbul edilmirdi. Bununla da kifayətlənməmiş İnterpol, öz məlumat sisteminin kommunikasiya kanalı üzərindən birbaşa yazışmasını əngəlləmək üçün üzv ölkələrə, “Türkiyənin 15 iyul ilə bağlı tələblərinə İnterpol vasitəsilə cavab verməyin” deyə, tövsiyə etmişdi.
 
TERRORÇULARA GÖZ YUMDU
 
İnterpol son olaraq qırmızı bülleten oyununu nümayiş etdirib. Türkiyə, xaricdə olan terror təşkilatı üzvləri üçün ədliyyə məqamlarından onların təcili həbs olunmasını tələb edib. Sinxron olaraq FETÖ fərarisi Adil Öksüz, terror təşkilatı PKK-nın Suriya davamı PYD-nin həmsədri Saleh Müslüm, THKP-C Acilciler üzvü Mihraç Ural kimi şəxslərin olduğu 50-yə yaxın yüksək səviyyəli terror təşkilatı üzvü ilə bağlı qırmızı bülleten işləri başladıb. Hazırlanan dosyelər İnterpola göndərilib. İnterpol tələblər əsasında dosyeləri siyasi cinayət bəhanəsi ilə gözləməyə alıb. Qırmızı bülleten tələbləri bir an əvvəl qəbul olunsaydı İnterpol, özünə üzv 170 ölkəyə bunu yayacaq və Türkiyəni haqlı bilən bir çox ölkədə sözügedən terrorçuların axtarışını başladacaqdı. 2013-cü ildə Türkiyənin sadəcə bir dosyesini rədd edən İnterpol, 15 iyul çevrilişindən sonra aldığı qərarlarla terror təşkilatı üzvlərini gizlətməkdə israr edərək, 50-yə yaxın terror təşkilatı üzvünün həbs olunması təhlükəsi hiss etmədən, mövcud pasportları ilə sərbəst hərəkətinə göz yumub.
Müxalifət.az