TERRORÇULAR TƏXRİBATA ƏL ATDI - Türk əsgərlərinə snayperlərlə atəş açdılar - VİDEO

Baxış sayı:
321

Terror təşkilatı PKK/YPG qrupları ABŞ və Türkiyə arasında əldə edilmiş razılaşmaı pozaraq Suriya Milli Ordusu (SMO) əsgərlərinə snayperlərlə atəş açıb.

Muxalifet.az xəbər verir ki, nəticədə bir neçə SMO əsgəri ağır yaralanıb.

Hadisə Suriyanın şimalında yerləşən Rəsulayn şəhərində baş verib.

Qeyd edək ki, ABŞ və Türkiyə heyətləri Suriyadakı mövcud vəziyyəti müzakirə etmiş, əldə edilən razılaşmaya əsasən, bölgədə hərbi əməliyyatlar 120 saat müddətində dayandırılmış və bu müddət ərzində terrorçuların ərazidən çıxması nəzərdə tutulub.

Türkiyə mətbuatındakı iddialara əsasən, ABŞ terror qruplaşmalarının razılaşmanı pozması halında onlara verdiyi dəstəyi kəsəcəyini bildirib./yenicag.az

Həmin görüntüləri təqdim edirik: