Terrorçular Türkiyəyə qarşı çıxmayan DİNC SAKİNLƏRƏ ATƏŞ AÇIB - 25 nəfər ölüb

Baxış sayı:
847

Terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri, YPG Türkiyəyə qarşı aksiyalara qoşulmaq istəməyən mülki vətəndaşlara açdığı atəş nəticəsində 25 dinc sakini güllələyiblər.
“Report” "Sabah"a istinadən xəbər verir ki, hadisə terrorçuların və ABŞ hərbi təlimçilərinin nəzarəti altında olan Menbiç bölgəsində olub.
Onlar əhalini silah gücü ilə şəhərin meydanına çıxarırlar.
Terrorçular Türkiyənin Suriyaya aid Afrin bölgəsində antiterror əməliyyatı keçirəcəyi haqda məlumat yayıldıqdan sonra dinc sakinləri yük maşınlarına dolduraraq, canl qalxan qurmaq məqsədi ilə sərhədə aparırlar. Onların çoxu 12-14 yaşlı yeniyetmələr və 70 yaşlı qadın və kişilərdir.