Terrorçular tankları görüncə SOYUNARAQ QAÇDILAR

Baxış sayı:
712

Afrin əməliyyatı başlamadan PYD/YPG-li terrorçularda böyük əndişə yaşanır. Sərhəddəki tankların lüləsini görən 200 terrorçu əllərindəki ABŞ silahlarını qoyaraq qaçıblar.
 
Türkiyənin Suriyanın Afrin rayonundakı terror yuvalarına qarşı əməliyyat hazırlığı, PYD/YPG-li terrorçuları təşvişə salıb. Yerli qaynaqlar, Türkiyənin sərhədə tank nəql etməsini görən PYD/YPG-li 200-dən çox terrorçu kiçik qruplar şəklində ABŞ istehsalı olan M16 avtomatlarını qoyaraq Afrinden qaçdığı məlumatı təsdiqlənib.
 
SOYUNARAQ QAÇDILAR
 
Qaçan terrorçuların çoxu yaxalanmamaq üçün kamuflyaj paltarlarını çıxarıb torpağa basdırdığı müəyyənləşdirilib. Afrində terrorçuların Karababa, Raco, Fırfır, Sorik, Adamo, Hırabısülük və Biloko regionlarından 5-6 kilometr geri çəkildiyi də müəyyənləşdirilib. Türk Xüsusi Xidmət orqanları, təşkilatın qaçışları dayandırmaq üçün Afrinin şərqindəki Deyr Camal, Meryemeyn, Maliyə, Ziyara, Eyn Dakna, Şeyx İsa mahalları, Şehba bölgəsi ilə Tel Rüfət, Tel Açır, və Kefer Cenna rayonlarından kömək istədiyi, ancaq yardımın gəlmədiyi məlumatını verib. TSK, Afrinin şərq, qərb və şimal sərhədlərini tamamilə nəzarət altına alıb. TSK mümkün əməliyyat prosesində terror təşkilatının keçmiş illərdə döyüşçü, silah və sursat sızdıraraq, Türkiyədəki terroru bəslədiyi ən mühüm mərkəzlər arasında olan Hatay vilayətindən Amanoslar bölgəsinə sızmalarının qarşısını almaq üçün də bütün tədbirləri ən üst səviyyədə görüb. PYD/ YPG-nin Afrinin şəhər mərkəzi və 11 ayrı bölgəsində xəndəklər qazdığı və münaqişələri xəndək müharibəsinə keçirməyi planlaşdırdığı da xüsusi xidmət orqanları tərəfindən müəyyən edilib.
Müxalifət.az