Terrorçular Rasulayndan "Qırmızı Xaç"a aid maşınlarla QAÇIRLAR / Fotolar

Baxış sayı:
7355

Türkiyə "Sülh Çeşməsi" əməliyyatında mühasirəyə aldığı YPG/PKK terrorçularına şəhəri tərk etməyə imkan yaradılır. Muxalifet.az xəbər verir ki, Türkiyə ilə ABŞ arasında 120 saat müddətinə razılaşdırılmış atəşkəs bitmək üzrədir. "Anadolu" agentliyinin məlumatına görə, gün ərzində onlarla pəncərələri plyonka və qəzetlərlə örtülmüş "Qızıl Xaç" təcili yardım maşınları və minik avtomobilləri ilə yaralı terrorçular Haseke şəhərinin Qamışlı qəsəbəsinə daşınıb. Türkiyə Müdafiə Nazirliyi 55 ədəd avtomobildən ibarət maşın karvanının Rasulayna girdiyini, 86 ədəd avtomobildən ibarət maşın karvanının Tel-Tamir istiqamətində yola düşdüyünü açıqlayıb.