​Terrorçular hospitalı atəşə tutdu - 10 NƏFƏR ÖLÜB, 49 YARALI VAR

Baxış sayı:
3898

Suriyada terrorçuların Tişrin hospitalını atəşə tutması nəticəsində 10 nəfər ölüb, daha 49 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bunu Rusiyanın Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri general-mayor Yuri Yevtuşenko deyib.
"Martın 5-də Dahiyyət əl-Əsad yaşayış məntəqəsindəki Tişrin hospitalının atəşə tutulması nəticəsində 10 nəfər ölüb, 49-u yaralanıb", - deyə Yevtuşenko brifinqdə bildirib.