Terrorçular gizlənməyə deşik axtarırlar - Ərdoğan

Baxış sayı:
1594

Afrində təhlükəsizliyi təmin etdiyimiz yerlərə suriyalı qardaşlarımızın dönüşü başlayıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Mənə gələn son məlumata görə, Afrində zərərsizləşdirilən terrorçu sayı 3 min 844-ə çatıb. Türkiyənin sərhədlərini pozan, raket atışları ilə 100-dən çox sakinimizi şəhid edənləri rahat buraxmayacağıq. Hərbçilərimiz hazırda müxtəlif bölgələrdə terrorçulara qarşı əməliyyatlar aparırlar. Terrorçular artıq qaçıb gizlənməyə deşik axtarırlar", - Ərdoğan bildirib.