Terrorçular etiraf etdi: Nəticə ala bilmirik

Baxış sayı:
154

 Terror təşkilatı YPG-nin bir qolu olan Demokratik Suriya Qüvvələrinin (DSG) sözçüsü Cahan Əhməd Rusiyanın “Sputnik” agentliyinə müsahibə verib. Əhməd, "Suriya höküməti ilə dialoq prosesinə davam edirik və bu an etibarilə hər hansı bir nəticə əldə etməmişik. Bizi hər şeydən əvvəl Suriyanın şimal-şərqindəki muxtar rəhbərliyimizin tanınması maraqlandırır. Hər şeyə rəğmən biz Suriyadayıq və Suriyanın uşaqlarıyıq" deyib.
 
Suriya ilə dialoqun DSG-nin siyasi qolu olan İlham Əhməd rəhbərliyindəki terror təşkilatı Demokratik Suriya Şurası tərəfindən aparıldığını qeyd edən Əhməd, “Türkiyənin təhdidləri yalnız Suriyanın şimal-şərqindəki regionlara deyil, Suriyanın hamısına qarşıdır. Türk təhlükəsinə qarşı durmaq üçün Dəməşq rəhbərliyi ilə anlaşmaq və müzakirə etməyimiz lazımdır" deyib.
Müxalifət.az