​Terrorçular dinc camaatdan “canlı qalxan” kimi istifadə etmək istəyirlər

Baxış sayı:
3103

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı Afrində yerləşən terror təşkilatı hədəflərinə qarşı mümkün sərhəddənkənar əməliyyatı gündəmdə ikən YPG/PYD/PKK terrorçuları rayondakı bəzi gəncləri zorla silah altına almağa, qəsb elədikləri evlərdə sipərlər yaratmağa başladı. Terror təşkilatının yerli sakinləri “canlı qalxan” kimi istifadə eləməyi planlaşdırdığı bildirilib.
Regiondakı təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Türkiyənin sərhəd təhlükəsizliyinə təhdid yaradan region, Hatayın Amanos dağlarından sızdırılan silah və sursatla Türkiyəyə qarşı terror aktlarını da dəstəkləyən mərkəz kimi diqqəti cəlb edir.
Türkiyə beynəlxalq müqavilələrə əsaslanan hüquqlarından istifadə edərək, səhrəddənkənar əməliyyat keçirəcəyi barədə xəbərdarlıq elədikdən sonra, YPG/PYD/PKK terror təşkilatı rayonda sipərlər qurmağa başlayıb. Terrorçular gəncləri zorla toplamaqla yanaşı, yerli camaatdan sa xərac yığmağa davam edir. Afrinin bəzi mülki vətəndaşları rayonu tərk eləməyə başlayıb. Özləri olə az sayda əşya götürə bilən ailələr rayonu tərk edərək, əsasən Hələbə yollanırlar. Lakin terrorçular onların qarşısını kəsərək buna maneə olmağa çalışırlar.