Terrorçudan şok etiraflar:! EDAM ETDİLƏR

Baxış sayı:
1771

Separatçı terror təşkilatının düşərgələrindən qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olan terrorçulardan tükləri ürpədən yeni etiraflar olunub.
 
Terror təşkilatından qaçan 15 yaşlı H.R, düşərgələrdə "qul kimi" işlədildiyini, qaçmağa çalışan bir dostunun da hər kəsin gözü önündə vurularaq öldürüldüyünü söyləyib.
 
"Dostum vurulunca"..
 
H.R, ifadəsində təşkilatdan qaçmağa necə qərar verdiyini danışıb:
"D.P. Rəfiqəm idi. Mənimlə eyni yaşdaydı. Bir neçə dəfə qaçmağa cəhd göstərdi, son dəfə tutub düşərgə sahəsinə gətirdilər və hər kəsin gözü qarşısında edam etdilər. Bu hadisədən sonra qaçmağa qərar verdim".
 
 "Kölə kimi istifadə olunurduq"
 
Təşkilat içində onun kimi qaçmaq istəyən bir çox insanın olduğunu deyən H.R, çadırlarda yaşadıqlarını isə belə nəql edib:
"İşgəncələrə məruz qalırdıq. Kölə kimi istifadə olunurduq. Daim süxurların yonulması, daş daşınması kimi ağır işlərdə işlədirdilər. Cinsi təcavüzlərə görə, intihar cəhdləri də olurdu. Ölümlə təhdid edirdilər. Öldürülənlərin bəzilərinin ailəsinə də münaqişədə öldüklərini deyirdilər".
Müxalifət.az