Terrorçubaşlarından Əkrəm İmamoğluna tam dəstək!

Baxış sayı:
4045

Terror təşkilatı PKK-nın terrorçubaşlarından olan Duran Qalxan yayımladığı bir video ilə CHP-li İmamoğluna səslənib. İmamoğluna seçkilərdə dəstək verdiyini bildirən Qalxan, İmamoğlunu "tərs şeylərə girmə" sözləri də xəbərdarlıq edib. Terrorçubaşı Duran Qalxanın açıqlamaları bu şəkildədir: “CHP-dən seçilmiş insanlar doğru və diqqətli olmalıdırlar. Əkrəm İmamoğlu “hər kəsi qucaqlayacağam” dedi. Səs verəni də, verməyəni də, amma səs verəni unutmamalıdır, yəni tərs şeylərə girməməlidir, girərsə, cəmiyyət ona necə etibar etdisə, onu geri almasını da bilir” Terrorçubaşı Besa Hozat da dəstək vermişdi Digər tərəfdən, PKK terror təşkilatının üst səviyyə şəxslərindən Besa Hozat İmamoğluna dəstək verəcəklərini açıqlamışdı. Terrorçu Hozat İstanbulda AK Partiya - MHP-nin ittifaqının qarşısında kim varsa, ona dəstək olacaqlarını, bu İmamoğludursa, İmamoğluna dəstək verəcəklərini söyləmişdi. Müxalifət.az