Terrorçubaşı şərt qoydu: Türkiyə Afrindən çəkilərsə...

Baxış sayı:
9751

 Terror təşkilatı PKK-nın Suriyadakı davamı PYD-nin həmsədri Saleh Müslim Türk əsgərinin Afrindən çəkildiyi təqdirdə Ankara ilə görüşəcəyini deyib. Müslim "PKK lideri Öcalanın tələbinə hörmət göstərilsə, daha asan anlaşa bilərik" - deyib.
 
Saleh Müslim Türkiyənin Afrindən çəkilməsi lazım olduğunu söyləyib.
Türkiyə ilə bir araya gələcəklərini, ancaq bəzi halların aydınlığa qovuşması lazım olduğuna diqqət çəkən Müslim, bunun Afrinin vəziyyəti və özlərinə yönəlmiş təhdidlər olduğuna işarə edib:
"Afrin işğal edilmişdir. Bunun üstündən keçə bilmərik. Bir tərəfdən həm terror edir, həm də işğal edir. Əgər həqiqətən problemin həllini istəyirlərsə, Afrindən çəkilmələri lazımdır. Afrinin keçmiş vəziyyətinə gətirilməsi lazımdır. Təhdidlərdən əl çəkməlidirlər. Kürd düşmənçiliyini buraxmalıdırlar. Bu əsasda bir-birimizə yaxınlaşa bilərik".
Müxalifət.az