Terrorçubaşı Rusiyaya yalvardı: "Bizi Türkiyədən qoruyun"

Rusiya Afrində hərbi baza yaradaraq bizimlə əməkdaşlıq etməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri PYD/YPG terror təşkilatının rəhbəri Saleh Müslüm deyib.
“Afrin hər gün top atışları ilə hədəf alınır. Rusiyanın bizi qoruması labüddür”, - terrorçuların lideri bildirib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri müntəzəm olaraq bu şəhərdə yerləşən YPG mövqelərinə zərbələr endirir.