Terrorçubaşı Öcalanın qardaşından “Əkrəm İmamoğlu” açıqlaması

Baxış sayı:
3310

Terrorçubaşı Abdullah Öcalanın qardaşı Osman Öcalan İstanbul seçkiləri ilə bağlı etdiyi açıqlamada, "Əkrəm İmamoğlu ciddi bir mesaj vermədi kürdlər üçün. Kürdlər üçün CHP-nin heç bir proyekti yoxdur" deyib. CHP-nin İstanbul namizədi Əkrəm İmamoğlunu tənqid edən Öcalan, "Kürdlər üçün CHP-nin heç bir proyekti yoxdur" deyə söyləyib. Qeyd edək ki, terror təşkilatı PKK-nın sözdə lideri Abdullah Öcalan 23 iyun İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi seçkilərində HDP-yə “bitərəf qalma” çağırışı edib. HDP də mövzuyla bağlı etdiyi açıqlamada, 23 iyunda Əkrəm İmamoğlunu dəstəkləyəcəyini açıqladı. "İmamoğlu kürdlərdən qaçdı" Öcalanın çağırışının xatırladılmasından sonra Osman Öcalan, "Əkrəm İmamoğlu ciddi bir mesaj vermədi kürdlər üçün. Bacardıqca kürdlərdən qaçdı və özünü onlardan ayrı tutmağa çalışdı. Kürdlər üçün CHP-nin heç bir proyekti yoxdur. CHP kürdlərə yaxın deyil, olmadı və yalnız Türkləri irəli sürdü, dəstəklədi. Kürdləri ciddi qəbul etmədilər və saymadılar” deyərək kürdlərin Öcalanı dinləyəcəklərini söyləyib. "Qəti olaraq düşmən deyilik" Osman Öcalan "Kürdlər Türkiyədən ayrılmaq istəmir və qəti olaraq düşmən deyilik, nə Türkiyəyə, nə də Türklərə. Türkiyə yaxşı və gözəl bir yerdir. Bizim istəyimiz birlikdə gözəl bir həyat sürməkdir. Kürdlər bu seçkidə qəti şəkildə aktyor olmalıdır. Kürdlər adına işlər edilir və Kandil artıq öz legitimliyini itirmişdir" deyib. Müxalifət.az