Terrorçubaşı Öcalandan PKK-lılara müraciət
8 il fasilədən sonra vəkilləri ilə görüşməsinə icazə verilən terrorçubaşı Abdullah Öcalan, aclıq aksiyası keçirən PKK-lı terror təşkilatı mənsublarına “aclığı dayandırın” çağırışı edib. İmralıda F tipli həbsxanada yatan PKK lideri Abdullah Öcalan, 27 iyul 2011-dən 8 il sonra ilk dəfə 2 mayda vəkilləri bir görüş keçirib. Görüşdən sonra vəkillər kamera qarşısına keçərək bəyanat verib, Öcalanın məktubunu oxuyub. Məktubda, Öcalan onun üçün aclıq aksiyası keçirən təşkilat mənsublarına “aclığı dayandırın” çağırışı edib. Sözügedən məktubda bu ifadələr yer alıb: "İçindən keçdiyimiz tarixi prosesdə dərin bir ictimai dialoqa ehtiyac var. Problemlərin həllində demokratik müzakirə mədəniyyətinə çox ehtiyac var. Türkiyə və regionun problemlərini yumşaq güclə, yəni siyasi mədəni güclə həll edə bilərik. Suriyadakı problemlər qarşıdurma mədəniyyətindən uzaq duraraq Suriyanın bütövlüyü çərçivəsində həll edilməlidir. Türkiyənin həssasiyyətinə hörmət olunmalıdır". Sağlıqlarını təhlükəyə atmasınlar Terrorçubaşı aclıq aksiyası keçirən PKK-lılara, "Həbsxanalarındakı müqavimətlərə hörmət etməklə yanaşı, sağlamlıqlarını təhlükəyə atacaq səviyyəyə daşımasınlar. Onların fiziki-ruhi sağlamlıqları hər şeydən önəmlidir " deyə söyləyib. Müxalifət.az