Terrorçubaşı Öcalan Afrinlə bağlı HANSI GÖSTƏRİŞİ VERİB?

Baxış sayı:
10201

“Hürriyyət” qəzetinin köşə yazarı Əbdülqədir Selviə bugünkü yazısında diqqətçəkən bir yazı qələmə alıb. Selvi Öcalanın Arkaş ilə Nasrullah Qurana Afrinlə bağlı verdiyi təlimatı izah edir.
 
Öcalan, 2015-ci ilin martı ilə 2016-cı ilin yanvar ayı arasında Adadakı həbsxanada birlikdə qaldığı PKK-lı Çətin Arkaş ilə Nasrullah Qurana Afrinlə bağlı çox mühüm bir təlimat verib.
Afrində toxuculuq sexlərinin qurulduğu barədə xəbərlərin olduğunu bildirərək, "Bu günlər toxuculuq sexləri deyil, silah və sursat sexləri inşa etmə zamanıdır" deyib. Bu ifadələr təşkilat tərəfindən göstəriş kimi qəbul edilib. Afrində zəruri hərbi tətbiqat başlanılıb, şəhər mərkəzi və çöldə beton xəndəklər, tunellər inşa edilir.
“Zeytun Budağı” əməliyyatı ilə bunlar yerlə bir edilib. YPG-nin müdafiə xətləri dağıdılıb, təşkilatın müdafiə naziri olaraq təyin etdiyi Səid İsmət Gubar isə Afrindən qaçıb. Amma hələ Afrinin tam mühasirəsi başlamadı.
Əvvəlcə YPG-nin lojistik mərkəzləri ələ keçirilir. Buraların təhkim olunması başa çatdırılır, hərbi baza regionu ilə əlaqəsi təmin olunur. Afrinin tam mühasirəsi isə bütün bunlar başa çatdıqdan sonra başlayacaq.
 
QARAYILAN VƏ ŞAHİN CİLO
 
Bu arada çox maraqlı bir mövzu PKK və YPG liderlərinin vəziyyəti ilə bağlıdır. PKK-nın iki nömrəli adamı Murad Qarayılanın konvoyunun vurulduğu istiqamətindəki xəbərlər, Ankaradakı kəşfiyyat və təhlükəsizlik mənbələri tərəfindən təsdiqlənmir. PKK-nın lider heyətini, Türkiyənin intensiv hərbi əməliyyatlarının olduğu ərazilərə buraxmırlar. Cəmil Bayık və Murat Karayılanın, Qəndildən kənara burnunu çıkarmadığı deyilir. Gecəni Qəndilin İranın nəzarətindəki ərazisində keçirirlər. Bu arada Pentaqon sözçüsü Manning, PKK rəhbərlərindən Şahin Ciloya general deyə müraciət etmişdi. Şahin Cilo, Afrinlidir. Öcalan, Bekaaya gedərkən onun evində qalmışdı. İndi isə Amerikalılarla əlaqəri o tənzimləyir. Amerikalılar, “Türkiyə zərərsizləşdirər”, - deyə Şahin Cilonu Menbiçdən kənara çıxarmır.
Müxalifət.az