Terrorçubaşı Karayılanın çarəsizliyi: Aldığımız nəfəsdən BELƏ XƏBƏRLƏRİ VAR

Baxış sayı:
5245

Qəndildəki PKK-nın terrorçubaşı Murad Karayılanın Amanosta terror törədilməsi ilə bağlı verdiyi göstəriş bu dəfə də TSQ-nin keçirdiyi əməliyyatla uğursuz olub. Karayılan, simsiz rabitə vasitəsilə terrorçulara “Aldığınız nəfəsdən belə xəbərləri var. Bacarıqsızlar” deyə, qışqırıb.
 
Afrində ciddi zərbə alan terror təşkilatı PKK-nın Qəndildəki başçılarından Murad Karayılan iki həftə əvvəl Amanos Dağlarındakı terrorçu qrupa terror aktı törətmək üçün göstərişi verib. Polis xüsusi xidmət orqanlarının xəbərdarlığı ilə regionda yerləşən Jandarm və Xüsusi Təyinatlı qrup dərhal hərəkətə keçib. Amanoslar bölgəsində kəfiyyat uçuşları edən insansız hava vasitələrinin sayı 3-ə çıxarılıb. İHA-lardan alınan görüntülərin sayəsində 26 martda Hatay vilayətinin Arsız rayonuna bağlı Meti kürəkləri bölgəsində SİKX-ə və F-16-lar terrorçuları bombardman edib.
 
BAŞLARINA MÜKAFAT QOYULMUŞDU
 
Sonra təhlükəsizlik qüvvələri də regionda əməliyyat keçirib. Nəticədə 11 terrorçu zərərsizləşdirilib. Öldürülən terrorçular arasında Daxili İşlər Nazirliyinin hazırladığı axtarılan terrorçular siyahısında başına 1 milyon lirə mükafat qoyulan mavi kateqoriyada yer alan Fərhad Jinda kod adlı Nəcməddin Qutum (38) ilə 300 min lirə mükafat qoyulan boz siyahıda olan Demhat kod adlı İsmayıl Özdəmirin (30) yer aldığı müəyyənləşdirilib. Osmaniyədə 31 martda keçirilən əməliyyatda isə aralarında başına 300 min lirə mükafat qoyulan boz kateqoriyada yer alan Dəlil kod adlı Yusif Buldağın olduğu müəyyənləşib. 7 terrorçu zərərsizləşdirilib. Amanoslarda ard-arda verdiyi itkilərlə Qəndil şok olub. Simsiz rabitə vasitələrində Qarayılanın Amanoslar qrupunun başındakı terrorçuya "Heyvan həriflər, bacarıqsızlar. Əsgər atdığınız addımdan, polis aldığınız nəfəsdən xəbərdardır" deyə, qışqırdığı bildirilib.
 Müxalifət.az