Terrorçubaşı Karayılanı əyləndirmək üçün gələn Alman müğənni həbs edildi

Baxış sayı:
5686

Almaniya vətəndaşı olan və Hozan Cana kod adını istifadə edən müğənni Səidə İnaç, 24 iyunda keçirilən prezident və parlament seçkiləri ilə bağlı PKK-nın siyasi qolu olan HDP-yə dəstək vermək məqsədilə Türkiyənin Ədirnə şəhərinə gəlib.
 
Şəhər mərkəzindəki çalışmalarından sonra Enez rayonuna gedən Səidə İnaç, qayıdış yolunda Ədirnə Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən sosial mediadakı bölgülərində terror təşkilatı PKK-nın təbliğatını apardığı iddiası ilə saxlanılıb.
Haqqında silahlı terror təşkilatına üzv olmaq, xalqı kin və düşmənçiliyə təhrik, Atatürkə təhqir cinayətlərindən dolayı 9 ildən 21 ilə qədər həbs tələbi ilə cinayət işi açılıb.
 

AĞLAYARAQ BƏRAƏTİNİ İSTƏDİ
 
Bu gün Ədirnə 3-cü Ağır Cəza Məhkəməsində növbəti iclas davam edib və İnaçın vəkilləri Mustafa Peköz, Nevroz Akalan ilə Almaniyanın Türkiyə konsulluğundan bir nümayəndə iclasda iştirak edib. Vəkillərin Səidə İnaçın məhkəmədə şəxsən iştirak etməsi tələbi məhkəmə heyətincə qəbul edilməyib və müttəhim video görüntü vasitəsilə məhkəməyə qatılıb.
Video görüntü ilə çıxış edən Səidə İnaç, ittihamları qəbul etməyib. Müdafiəsi zamanı göz yaşlarına hakim ola bilməyən İnaç, həbsxana şəraitindən şikayətlənərək keçmişdən gələn sağlamlıq problemləri olduğunu və bunun içində müəyyən fasilələrlə həkim nəzarətdən keçməsi lazım olduğunu söyləyib.
 
HƏBSƏ DAVAM QƏRARI
 
Müttəhim Səidə İnaçın vəkilləri də təxliyə tələb ediblər, ancaq məhkəmə heyəti vəkillərə prokurorunun iddiasına qarşı müdafiə təşkil etmələri üçün əlavə vaxt verərək məhkəmə iclasını təxirə salıb. Məhkəmə həmçinin Səidə İnaçın həbsinin davamına qərar verib.
Müxalifət.az