Terrorçubaşı Karayılandan etiraf: "Məğlubiyyətə uğradıq"

Baxış sayı:
3466

Türk Silahlı Qüvvələrinin (TSQ) terror təşkilatı PKK-ya yönəlik İraqın şimalında müvəffəqiyyətlə davam etdirdiyi “Pəncə” Hərəkatı terrorçuları arasında nifaq salarkən, bunun təsirini də terrorçubaşları etiraf etməyə başlayıb.
 
 Hakurk bölgəsində terror təşkilatın tərəfindən istifadə edilən mağara və sığınacaqların məhv edilməsi və terrorçuların təsirsiz hala gətirilməsinin hədəf olduğu hərəkatın 24-çü günündə açıqlama verən terrorçubaşı Karayılan, işğal etdikləri təpələri bir-bir itirməyə başladıqlarını etiraf edib. Terror təşkilatının mediasına açıqlama verən terrorçubaşı, "Xüsusilə bu ilki qış bir az uzun sürdü. Hakurk və bütün cənubi Kürdüstan xəttində daha çox bir sıxlıq söz mövzusudur. İndi biz Hakurkdakı keçmiş komandirləri tənqid edirik. Onsuz da onun üçün keçən il vəzifəsi dəyişdirilmişdi. Çünki yeni dövrdə texnikaya, hava hücumlarına qarşı döyüşə bilmək üçün Hakurkda lazım olan infrastruktur hazırlığını kifayət qədər inkişaf etdirməmişlər. Böyük ehtimalla Türk dövləti də bunu bilirdi. Onun üçün başqa yeri deyil, məhz Hakurku birinci hədəf olaraq seçdilər" sözləriylə terror təşkilatı PKK-nın içində böyük bir mübarizə olduğunu ortaya qoyub.
 
PKK öz içində parçalanır
 
Rəhbərlikdə yaşanan mübarizənin aşağı təbəqələrdə də əks olunduğu olunan etiraflarda müşahidə edilir. Karayılanın bu açıqlaması buna bariş nümunədir: "Hakurka yönəlik yeni hücumda təməl hədəf Şekif Təpəsi idi. Hücumdan iki gün əvvəl Şekif Təpəsindəki partizanlar yaşanan bəzi təşkilat daxili problemlərdən ötəri mövqelərini buraxıb, aşağıya gəlir. Müzakirə edib, problemlərini həll etdikdən sonra yerlərinə qayıdarkən, Türk hücumu başlayır. Bu zaman orda heç kim yox idi, Şekif Təpəsi boş idi. Türk dövləti günlərlə o təpələri vurdu, bu şəkildə oralara xüsusi təyinatlıları endirdi. Bu bizim üçün bir itkidir, amma mən xalqımızla bunu açıqca paylaşmaq istəyirəm. Biz partizanıq. Türk dövləti hər hansı bir təpəyə yerləşə bilər. Bu bizim üçün ciddi bir zəiflik deyil. İndi təpələr bir az da artdı. Beş-altı təpə daha alındı bizdən. Oralarda itki nisbəti daha da artar. Bu belə davam edəcək".
 
Sui-qəsd təhdidləri
 
Terrorçubaşı Murad Karayılan "Türk dövləti orada qala bilər, amma hər gün davamlı olaraq bunun bədəlini ağır bir şəkildə ödəyər. Bunu sui-qəsdlə ödəyər, təxribatla ödəyər, sızmaqla ödəyər. Doğrudur, Hakurkda bəzi çatışmazlıqlar yaşandı, amma güclü bir müqavimət və ciddi bir səy də vardır. Tənqid oluna bilər. Onsuz da açıqca tənqid edirik. Bunları kompensasiya etmə, aradan qaldırma şərtlərimiz, üsulumuz və gücümüz də vardır. Necə ki, bu mövzuda lazım olanlar da edilir. Bu mübarizə dayanıqlılıqla sürəcək. Türk dövlətinə “Kürdüstanın” heç bir təpəsini buraxmarıq, hədiyyə etmərik" deyib.
Müxalifət.az