Terrorçubaşı Duran Qalxandan “U” dönüşü: Dərhal imtina etməliyik

Baxış sayı:
9496

 Terror təşkilatı PKK-nın terrorçubaşlarından olan Duran Qalxan təşkilat içərisindəki "ölüm oruc"larından imtina edilməsini istəyib.
 
Yaxın vaxta qədər PKK-YPG/PYD terror təşkilatı mənsubu terrorçuları ölüm orucu aksiyalarına istiqamətləndirən bu cür aksiyaların sayının artırılmasını istəyən terrorçubaşı Duran Qalxanın terrorçulara yönəlik etdiyi bir çıxışında, “Ölüm orucu aksiyalarından imtina etməliyik, artıq bu tərz aksiyalara yol verməməliyik" dediyi və bunu öz yayın orqanlarında ifadə etdiyi müəyyən edilib.
 
Təşkilat vahiməyə düşdü
 
 Türk Silahlı Qüvvələrinin ölkə içi və xaricdə əzmlə həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində separatçı təşkilatın ağır itkilər verməsi, təşkilat daxilindəçözülmənin sürətlənməsi və təşkilata qoşulanların sayının minimima enməsi terrorçubaşının təşvişdə olması və belə bir bəyanat verməsinin səbəbi kimi göstərilib.
Müxalifət.az