Terrorçubaşı Cəmil Bayık-a gedən dərmanlar ələ keçirildi

Baxış sayı:
10426

TSQ-nin əməliyyatları qarşısında çarəsiz qalan PKK terrorçuları, pislik içərisində mağaralarda ölümü gözləyir.
 
Hakkari Rayon Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları, verilən kəşfiyyat məlumatından sonra hərəkətə keçərək, əməliyyata başlayıb.
 
XƏRÇƏNG DƏRMANLARI, İNSULİN BORUCUQLARI.
 
Əməliyyat nəticəsində saxlanılan şübhəli avtomobilin alt tərəfində gizlədilən qutularda xərçəng dərmanları və insulin borucuq və iynələri ələ keçirilib.
 
5 ŞÜBHƏLİNİN DƏ TERROR QEYDİYYATI VAR
 
Avtomobilə dərmanları yükləmək istəyən 5 nəfər saxlanılıb. Terror təşkilatının üzvləri olduqları müəyyən edilən 5 şübhəli saxlanılaraq Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinə aparılıb.


 
DƏRMANLAR QƏNDİLƏ GEDİRMİŞ
 
Nəzarətə alınan şübhəlilərin sorğusu zamanı, dərmanların sərhəddən İraqın şimalındakı terror təşkilatı mənsublarına aparıldığı ehtimalı da araşdırılıb. Bəlli olub ki, böyrək dilaizi və digər kritik dərmanlar Qəndilə terrorçubaşı Cəmil Bayık üçün aparılırmış.
Müxalifət.az