Terrorçubaşı ABŞ-a yalvardı: “RUSİYA SOÇİDƏ BİZİ SATDI”

Soçi zirvə görüşündən sonra terror təşkilatının başçılarından olan Səbri Ox, Rusiyanın yanlarında dayanmadığını, ABŞ-dan dəstək gözlədiklərini deyib.
 
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Rusiyanın Soçi şəhərində keçirilən sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaniylə bir araya gəlib.
Suriya məsələsini müzakirə edən 3 lider, obyektivlərə səmimi görüntülər bəxş ediblər. Müsbət bir aurada keçirilən zirvə görüşündə, prezident Ərdoğan Afrinə qarşı keçiriləcək əməliyyatı gündəmə gətirib.
Soçi zirvəsindən Afrin əməliyyatının keçirilməsi ilə əlaqədar verilən mesaj terror təşkilatı PKK-da təlaşa səbəb olub.
 
AMERİKAYA YALVARDILAR
 
Terrorçular tərəfindən Afrində müdafiə xəndəkləri və tunellər qazılarkən, təşkilatın başçılarından biri olan Səbri Ox da PKK tərəfdarı mediadan Amerikaya müraciət edib.
Rusiyanın onların yanlarında durmadığını ifadə edən Səbri Ox, "Amerika icazə verməsə, Türkiyə Afrin əməliyyatını keçirə bilməz" deyə, açıqlama verib.

Müxalifət.az