Terrorçu sorğuda etiraf etdi: Naməlum amerikalı…

Baxış sayı:
4393

Türkiyədə 53 nəfərin öldürüldüyü Reyhanlı təcavüzünün təşkilatçısı Yusif Nazik, sorğusunda təşkilat ilə əlaqəli bir Amerikalının adını verib. Nazikin Türkiyədə əlaqədə olduğu, çox yaxşı Türk və Kürd dilində danışdığı bildirilən bu Amerikalının tapılması üçün 40 nəfərlik xüsusi qrup yaradılıb.
 
Silahlı terror təşkilatının Suriya kəşfiyyat xidməti Əl Muharebat ilə əlaqəsi haqqında danışan Nazikin, təşkilat ilə əlaqəli müxtəlif adlar verdiyi qeyd olunub.
 
XÜSUSİ QRUP YARADILIB
 
Nazikin yaxşı dərəcədə Türk və Kürd dilində bildiyini dediyi Amerikalının kim olduğu və Reyhanlı hücumu ilə bir əlaqəsinin olub, olmadığını müəyyən edilməsi üçün araşdırma başlanılıb. İlk mərhələdə kamera və HTS qeydlərinin təqibə alındığı və bu əsrarəngiz Amerikalının kimliyinin müəyyənləşdirilməsi üçün 40 nəfərlik xüsusi qrup yaradıldığı ifadə edilib.
Qeyd edək ki, Reyhanlıda 2013 ildə həyata keçirilən və 53 nəfərin həyatını itirdiyi bombalı hücumda cinayətkarları istiqamətləndirən və Suriya kəşfiyyatıyla əlaqəsini təmin edən Yusif Nazik, MİT-in uğurlu əməliyyatı ilə Suriyanın Lazkiyə şəhərində yaxalanmış və Türkiyəyə gətirilmişdi.

Müxalifət.az