Terrorçu partiyanın deputatından Türkiyəyə qarşı qalmaqal çağırış

Baxış sayı:
3637

2024 Avropa Futbol Çempionatının Türkiyəyə verilməsindən qorxan Almanlar, Türkiyə əleyhinə açıqlamaları ilə tanınan terror partiyası olan HDP İstanbul millətvəkili Əhməd Şık-I öz məqsədləri üçün alət olaraq  istifadə edib.
 
Əhməd Şık, Avropa Futbol Çempionatının Türkiyəyə verilməməsi çağırışı edib. Şık-ın bu açıqlaması ictimaiyyət tərəfindən böyük narazılıqla qarşılanıb. Əhməd Şık, Almaniyada yayımlanan bir televiziya kanalına müsahibə verib. Ölkə içindəki aparılan müsbət fəaliyyətlərə müxalifət olmaqla kifayətlənməyən Şık, Türkiyənin namizəd olduğu 2024 Avropa Futbol Çempionatına ev sahibliyi etməməsi üçün qara təbliğat işləri aparır.
 
TÜRKİYƏYƏ VERİLMƏSİN!
 
Maaşını Türkiyədən alan bu terrorçu ünsür, Türkiyə əleyhinə təbliğat fəaliyyətləri həyata keçirərək beynəlxalq sahədə əhəmiyyətli layihələrə sahiblik etməsini əngəlləməyə çalışır. Almaniyanın “WDR” kanaına müsahibə verən Şık, Türkiyəni tənqid edən ifadələr işlədib. Şık, "AVRO 2024-ün ev sahibliyinin Türkiyəyə verilməsi səhv olar" deyib. Avropa və Almaniyanın ən yüksək tirajlı qəzeti olan “Bild”, UEFA AVRO 2024 ev sahibliyi üçün Türkiyə ilə yarışan Almaniyanın bu məsələdə narahat olduğunu qeyd edən bir yazı dərc etmişdi.
Müxalifət.az