Terrorçu hər şeyi etiraf etdi: QƏNDİL DAVAMLI OLARAQ …

Baxış sayı:
6445

“Zeytun Budağı” Hərəkatının başlaması ilə birlikdə Afrindəki dinc xalqı özünə canlı qalxan olaraq istifadə edən PKK-PYD, sivil miqrasiyani əngəlləmək üçün zorakılıq tətbiq edərkən, Qəndilin göstərişi ilə “atəşkəs olacaq” yalanı ilə xalqı aldatmağa çalışır.
 
Afrin Hərəkatında sağ olaraq yaxalanan YPG-li Tirej B. ifadəsində, Afrin xalqının necə təzyiq altında tutulduğunu söyləyib. Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, dinc xalqı avtomobilin arxasına bağlayaraq münaqişə bölgəsinə aparmaq göstərişini verdiyini deyən Tirej B, Afrin mərkəzində miqrasiyanı əngəlləmək üçün vətəndaşlara qadağa qoyulduğunu, qaydalara əməl etməyənlərə zor tətbiq edildiyini bildirib. Qorxutmaq üçün bəzən də silah istifadə edirdik" deyən terrorçu Tirej B. bununla həqiqətləri bir daha ortaya qoyub.
 
QƏNDİL DAVAMLI GÖSTƏRİŞ VERİRDİ
 
Her fürsətdə “Zeytun Budağı” Hərəkatında mülki əhalinin öldürüldüyü istiqamətində qara təbliğat aparan təşkilatın insanları necə canlı qalxan etdiyi terrorçuların ifadəsində də əks olunub.
Münbiçdən Afrin bölgəsinə 35 gün əvvəl gətirilən terrorçu Tirej B. ifadəsində, "Münaqişələr səbəbilə xalqı regionda tuta bilmirdik. Qəndil mülki əhalinin köç etməsini dayandırmağımız üçün davamlı göstəriş verir, lazım gələrsə, zorakılığın dozasını artırmağımızı, xalqı da tezliklə “atəşkəs” olacağına inandırmağımızı istəyirdilər. Köç etmək istəyənlərə qarşı silah istifadə edirdik. Ancaq silah işlətmək də bəzən yetmirdi. Köçün qarşısını ala bilməyincə rejim və Rusiya ilə anlaşıb, atəşkəs təmin edəcəyimizi dedik. PKK xalqın bölgədən ayrılmasını istəmir. Çünki xalq ayrılsa, Afrin düşəcək" deyə, bildirib.
Digər tərəfdən, PKK təzyiqindən və münaqişələrdən qaçmaq istəyən xalq, qaçaqmalçılar vasitəsi ilə şəhərdən qaçma planları qururlar. Hələbə qaçmaq istəyən Afrinlilər 300- 500 min Suriya Lirəsi ödəmək məcburiyyətində qalırlar.
Müxalifət.az