Terror yuvası Qəndilə çatan Türkiyə İranı hərəkətə keçirdi

Baxış sayı:
5671

Türkiyə və İran dünən səhər saatlarında terror təşkilatı PKK-ya ortaq əməliyyat təşkil edib. Ötən dövrlərdə İranın beləsinə bir əməliyyata qarşı çıxmasına baxmayaraq bu fərqli qərar verməsinə münasibət bildirən ekspertlər, Türkiyənin Qəndilin ətəklərinə çatması və əməliyyat qərarlığı İranı belə bir hücumda iştirakda vadar edə biləcəyini düşünürlər.
 
ANKASAM Strateji Araşdırmalar Mərkəzinin eksperti Cenk Tamer, daxili işlər naziri Süleyman Soylu tərəfindən açıqlanan və İran tərəfindən təsdiqlənən PKK-ya qarşı ortaq əməliyyat qərarının iki ölkə arasındakı sərhədlərə diqqət çəkmək üçün ilk mərhələdə olduğunu söyləyib.
"Türkiyə-İran sərhədində başlayacaq ortaq əməliyyat irəliləyən müddətdə Qəndilə də uzana bilər" deyən Tamer, "Lakin daha əvvəlki əməliyyatlar zamanı PKK-lıların İran tərəfinə qaçdıqlarını nəzərə alsaq, indiki vaxtda da İranın bu mövzudakı dayanıqlılığını sorgulamamız lazımdır. İranın səmimiyyətini biz qısa müddətdə sınaqdan keçirəcəyik" deyib.
Qəndilə qarşı İraqın da daxil olduğu geniş miqyaslı bir ortaq əməliyyat keçirilirsə, bu əməkdaşlığın Suriyaya əks oluna biləcəyini vurğulayan Tamer, belə davam edib:
"Digər bir ifadəylə İranın PKK-ya qarşı birmənalı münasibət ortaya qoyması Suriyada, xüsusilə Fəratın şərqində Türkiyə-Rusiya-İran oxunun daha da güclənməsi deməkdir.
Qısacası ilk mərhələdə Türkiyə-İran sərhədində reallaşacaq ortaq əməliyyatdan çox bu əməkdaşlığın Qəndilə uzanması daha əhəmiyyətlidir.
 İranın Türkiyə ilə İraqda PKK-ya qarşı ortaq əməliyyatlara artıq isti baxması isə İranda mühafizəkarların Orta Şərq siyasətində mövqelərinin zəifləməsi anlamına gəlir. PKK ilə başlayan iki ölkə arasındakı fikir birliyi tezliklə Suriyaya əks olunacaq".
Müxalifət.az