Terror təşkilatının “kabus əmiri” yaxalandı

Baxış sayı:
5743

Adana Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları 1 mayda reallaşdırdığı əməliyyatda nəzarətə aldığı şübhəlilərin verdiyi ifadələr əsasında şəhərin sözdə İŞİD əmirinin Əyyub Baksi (47) olduğunu müəyyən edib.
 
 Polis, şübhəlinin etirafçıları təhdid edən və keçirdiyi görüşlərdə "Uşaqlarınızı məktəbə göndərməyin", "Dövlətin imamı arxasında namaz qılınmaz" kimi çıxışlar edərək insanların beynini yuduğu, terror təşkilatına kadrlar cəlb etdiyi, İŞİD-ı Adanada ayaqda saxlamağa çalışdığı irəli sürülüb. Bu məlumatlardan sonra Adana Polis rəhbərliyi, şübhəlinin yaxalanması üçün terror polisinin xüsusi bir qrup yaratması tapşırığını verib. Bundan sonra 24 saat çalışan bir xüsusi qrup yaradılıb. Polis qrupu, telefon, kredit kartı, xəstəxana, bank və poçtdan istifadə etməyən, hər yerə piyada olaraq kameralara düşməmək üçün ara küçələrdən gedən, sanki "kabus" kimi yaşayan şübhəlini tutmaq üçün hərtərəfli iş aparıb. Şübhəlinin mesaj vermək və almaq istədikdə belə müəyyən şəxslərdən istifadə etdiyi müəyyən olunub. Həmçinin şübhəlinin birinə mesaj göndərdiyi zaman yalnız göndərdiyi adamın qulağına fısıldamasını, özünə gələn mesajı da təkcə özünün qulağına deməsini istədiyi müəyyən olunub.
Suriyadan gələn mesajları da təşkilat üzvlərinin qulağına pıçıldayaraq deyən Baksinin yaxalanması üçün texniki və fizika təqib başlanılıb. Şübhəli 3,5 ay ərzində izləmədə olub. Polis şübhəlinin xəstəxanaya birini görməyə getdiyini müəyyən edib. Polis şübhəlini yaxalamaq üçün hərəkətə keçib. Şübhəli xəstəxanaya gedərkən polisi fərq edincə qaçmağa başlayıb. Qısa müddətdən sonra yaxalanan şübhəli polis sorğusunda ittihamları qəbul etməyib. Məhkəməyə çıxarılan Baksi, həbs olunub.
Müxalifət.az