Terror təşkilatına yay təmizliyi: PKK təlaşda

Baxış sayı:
4798

Türkiyə İraqın şimalında reallaşdırdığı son illərin ən böyük sərhəddən kənar əməliyyatlarından biri olan “Pəncə” Hərəkatı ilə terror təşkilatı PKK-ya göz açdırmır. TSQ və MİT-in koordinasiyasında edilən son əməliyyatlar çərçivəsində sözdə üst səviyyə PKK-lıların təsirsiz hala gətirilməsi təşkilat tabanında da çaxnaşmaya səbəb olub.
 
TERROR TƏŞKİLATI ÇÖKÜŞDƏ
 
Təşkilat tabanında ciddi narahatlıqların yaşandığına diqqət çəkilərkən, terrorçuların qaçacaq yeri qalmadığı, təşkilata qoşulma nisbətinin azaldığı və təslim olanların əhəmiyyətli ölçüdə artığına işarə edilir. PKK-nın terrorçubaşlarının isə təşkilatdan qopmalara əngəl olma imkanlarını itirdikləri ifadə edilir. Əldə edilən məlumatlara görə, 2015-ci ildə 620, 2016-da 536, 2017-də 154, 2018-də 45, bu ilin ilk 6 ayında isə təşkilata qoşulanların sayı bir rəqəmli olub.
 
DƏSTƏK SIFIRA ENDİ
 
Terror təşkilatına qoşulanların sayında böyük bir düşüş yaşanarkən, şərq və cənub-şərqdə təşkilata dəstək də sıfıra enib. Təhlükəsizlik qaynaqları bu ilin PKK-lı terrorçular üçün dağılma ili olacağını vurğulayır. Terrorçu tapmada çətinlik çəkən təşkilat, sözdə üst səviyyə kadrlarını sahəyə sürmək məcburiyyətində qaldığı ifadə edilir.
Müxalifət.az