Terror təşkilatı YPG 211 UŞAĞI ÖLDÜRÜB

Baxış sayı:
3661

Terror təşkilatı PKK/YPG TSQ-nin təmizlədiyi 82 yaşayış məntəqəsində, 7-13 yaşları arasında 211 uşaqla onlara müqavimət göstərən 417 nəfəri öldürüb.
 
“Zeytun Budağı” əməliyyatında küncə sıxılan PKK/YPG-li terrorçular, mülki əhalini  canlı qalxan olaraq istifadə edərkən, onlara dəstək olmayanları da amansızlıqla qətlə yetirir. Bu vəziyyət xüsusi xidmət orqanları tərəfindən hazırlanan 25 səhifəlik hesabatla da nümayiş etdirilib. Yerli qaynaqlar, ASO və TSQ mənsublarından təsdiq edilərək hazırlanan hesabata görə, təşkilat, Türk ordusunun təmizlədiyi, biri mahal mərkəzi, 75-i kənd, 6-sı da kənd altı yaşayış məntəqəsində 7 ilə 13 yaş arasında 211 uşağı qətlə yetirib. Terrorçulara dəstək olmamaqla günahlandırdıqları, aralarında qadın və qocaların da olduğu 417 mülki şəxsi də öldürüblər.
 
FOTOLARI HESABATDA.
 
Hesabatda, PKK/YPG-nin münaqişələrdə uşaqlardan istifadəni inkar etdiyi, ancaq təşkilatın ölümə göndərdiyi uşaqların fotolarına hesabatda yer verilib. Bunlardan, təşkilatın zorla sıralarına qatdığı Baran Qamışlı kod adlı ər-Riyad İbrahim (15), Deyr əz Zor döyüşlərində ölüb. Hesabata görə, Kilis sərhədinə yaxın olan və Ərəb əhalisinin sıxlıqda olduğu 13 ayrı kənddən, telefonla Kilis Türk xüsusi xidmət orqanları ilə əlaqə saxlayan 35 ailə, 44 uşağın evlərini silahla basan PKK/ YPG-li terrorçular tərəfindən qaçırıldığını məlumat verib. Ailələrdən bəziləri, qaçırılan uşaqlarının fotolarını da Whatsapp üzərindən xüsusi xidmət orqanlarına göndərib. Həyata keçirilən fiziki və texnika təqibdə, qaçırılan uşaqların bəzilərinin izinə Hələb və Qamışlıda rastlanıb. PKK/YPG-nin, saxlayıb, münaqişə bölgələrinə göndərdiyi 500-ə yaxın uşaq var.
Müxalifət.az