Terror təşkilatı PKK/YPG-dən Afrin təhdidi

Baxış sayı:
8062

 Terror təşkilatı YPG/PKK terrorçubaşlarından Aldar Xəlil Afrini yenidən işğal etmək üçün çalışdıqlarını, İŞİD-ı ABŞ dəstəyi ilə Deyrizordan çıxarmalarından sonra bu planın asanlaşdığını söyləyib.
 
Terrorçubaşı Aldar Xəlil bu sözləri ABŞ mərkəzli “Defense Post” xəbər saytına açıqlama verərkən deyib.
Xəlil, "Bagozdan sonra Afrin üçün əməliyyat planı varmı" sualına, "Afrinin azad edilməsi Bagoza bağlı deyil. Bizə görə, o bir strategiya, bir hədəfdir. İndi veriləcək bir qərar deyil" cavabını verib. "Bir neçə qrup Afrin içərisində gizli qaldı və günlük hərbi əməliyyat keçirirlər” deyən terrorçubaşı bu sözləri deyib: "Təbii olaraq mövcud gəlişmədən bəhrələnməyə, əməliyyatları inkişaf etdirməyə, Afrinin azad olunmasına yönəlik əməliyyatları sürətləndirməyə çalışırıq".
Müxalifət.az