"Terror təşkilatı PKK tamamilə bitəcək" – General Haqqı Pekin

Baxış sayı:
640

Türkiyə Baş Qərargahının keçmiş kəşfiyyat rəhbəri, təqaüddə olan general-leytenant İsmayıl Haqqı Pekin Türkiyənin terror təşkilatı PKK ilə mübarizəyə münasibət bildirib.
 
Terror təşkilatı PKK-ya yönəlik əməliyyatlarla bağlı dəyərləndirmə edən İsmayıl Haqqı Pekin, "‘Tək terrorçu qalmayıncaya qədər mübarizə davam edəcək' deyə bir ifadə var. Bu ifadə həqiqətən də yerinə yetir və gedilən yerlərdə də mövqelər qazanılır. Məsələn, Hakurk və “Pəncə” əməliyyatları bitdiyi zaman böyük ölçüdə o dağların ön tərəfində bizim baza bölgələrimiz olacaq və Kandildən gələn terrorçuların keçişi əngəllənəcək. Təbii ki, bu qədərlə də bitmir. Önümüzdəki günlərdə daha böyük əməliyyatlar olacaq" deyib.
 
"Terror təşkilatı PKK tamamilə bitəcək"
 
"Türkiyədə yaşayan vətəndaşlarımız illərdir davam edən PKK terror təşkilatının bitdiyini görəcəkmi" şəklindəki suala isə, İsmayıl Haqqı Pekin, "Türkiyənin qətiyyətli mübarizəsi bu mövzuda müvəffəqiyyətə çata biləcəyimizi göstərir. PKK terror təşkilatı daha da marginallaşacaq və bitdiyini görə biləcəyik. Bu vəziyyət əlbəttə bölgə ölkələri, Avropa və ABŞ-ın PKK-nı tamamilə kökünün qaçımasına bağlıdır. Türkiyənin terrorçuları silahla önlədikdən sonar, bir də bu sistemi bitirəcək başqa bir yolun da olması lazımdır. Siyasi olaraq da bu işi bitirmək lazımdır".
Müxalifət.az