Terror təşkilatı PKK-nın sorğu otaqları ortaya çıxdı

Baxış sayı:
2323

“Zeytun Budağı” hərəkatından sonra həyatın normala dönməyə başladığı Afrində terror təşkilatı PKK-nın təzyiq və zülmünün izlərini daşıyan işgəncə sorğu otaqları ortaya çıxıb.
 
“Hürriyət” qəzetinin xəbərinə görə, TSQ-nin terror təşkilatından təmizlədiyi Afrinə gündə 1000 nəfər geri qayıdır. Əmim-amanlığın təmin edildiyi, məktəblərin açıldığı, kiçik fabriklərin, dükançıların işləməyə başladığı şəhərdə həyat hər gün bir az daha normallaşsa da, terrorun dəhşətli üzünü göstərən izlər də hələ durur.
 
TUNELLƏR ORTAYA ÇIXDI
 
“Zeytun Budağı” hərəkatı başlamazdan əvvəl YPG və PKK-nın Afrində böyük güc topladığı və bu məqsədlə tunellər açdığı müəyyənləşib.
PKK-nın qərargah kimi istifadə etdiyi binaları bir-birinə bağlayacaq şəkildə yer altından tunellər qazdığı, bu dəmir-beton tunellərdə həmçinin xırda otaqlar inşa etdikləri üzə çıxıb.
 
MAŞIN KEÇƏ BİLƏCƏK BÖYÜKLÜKDƏ
 
Terror təşkilatı tərəfindən açılan bu tunellərin, içindən sursat daşımaq üçün avtomobillərin belə keçəcəyi böyüklükdə olması diqqət çəkib. Terror təşkilatının, ona qarşı çıxanları vergi adı altında topladıqları xəracı ödəyə bilməyənləri mühakimə və işgəncə etdiyi otaqlar da diqqət çəkib. Təşkilatın sözügedən şəxsləri bu otaqlara alaraq işgəncə  və mühakimə etdiyi müəyyən olunub. Terror təşkilatının bundan başqa, hər ailədən bir nəfəri silah altına aldığı, uşağını vermək istəməyən, buna qarşı çıxan ailə üzvlərinə də bu otaqlarda işgəncə verdikləri müəyyən olunub.
Müxalifət.az