Terror təşkilatı PKK-da 'indi növbə kimdədir' qorxusu

Baxış sayı:
10693

Türk Silahlı Qüvvələrinin icra etdiyi hava hərəkatlarıyla PKK/KCK terror təşkilatının sözdə rəhbərləri bir-bir təsirsiz hala gətirilir. Uğurlu əməliyyatlar terror təşkilatı içərisində qorxu və çaxnaşmaya səbəb olub.
 
Son olaraq 27 iyun 2019-da MİT ilə TSQ-nin ortaq şəkildə icra etdiyi və TSQ tərəfindən icra edilən hava hərəkatı ilə PKK/KCK terror təşkilatının sözdə rəhbərlik və icra şurası üzvlərindən Diyar Qərib Məhəmməd adlı terrorçubaşı təsirsiz hala gətirilmişdi.
 İcra edilən uğurlu əməliyyatların PKK terror təşkilatının terrorçubaşları arasında qorxu və çaxnaşmaya gətirib çıxardığı öyrənilib.
 
TERRORÇUBAŞLARI BİR-BİRİNİ CASUSLUQLA GÜNAHLANDIRIR
 
Terrorçubaşlarının bir-birlərini casusluqda günahlandırdıqlarının simsiz rabitə kanallarındakı danışıqlarına da əks olunduğu, təşkilat içərisində etibarsızlıq və narahatlığın ən üst səviyyədə olduğu, terrorçubaşlarının terror qruplarını nəzarət və əmr etmə qabiliyyətinin zəiflədiyi bildirilib.
 
TERRORÇUBAŞLARININ ZƏİFLİYİ TƏŞKİLATDAKI DAĞILMANI SÜRƏTLƏNDİRİB
 
Təhlükəsizlik qaynaqları bu vəziyyətin həm terrorçubaşları, həm də aşağı heyətdəki terrorşular üzərində mənfi təsirlər meydana gətirdiyi, sözdə terrorçubaşlarının təşkilat üzvləri üzərindəki onsuz da zəifləmiş olan nüfuzunu yaxşıca azaltdığı, bunun nəticəsində təşkilat içindəki çözülmə və qaçışların artdığı, terror təşkilatına qoşulma sayının sıfıra endiyini bildirib.
Müxalifət.az