Terror təşkilatı PKK ABŞ-da NÜMAYƏNDƏLİK AÇIB

Baxış sayı:
3635

PKK/YPG əsas onurğasını təşkil etdiyi Suriya Demokratik Qüvvələrin siyasi qanadı olan Suriya Demokratik Şurasının, ABŞ nümayəndəliyi açmaq üçün rəsmən qeydiyyata alındığı ortaya çıxıb.
 
Terror təşkilatı PKK/PYD-nin yeni adı Suriya Demokratik Şurası (SDK) 31 yanvarda ABŞ Ədalət Nazirliyinin “xarici siyasi partiya təmsilşiliyi” qanunu çərçivəsində (Foreign Agents Registration Act - FARA) "xarici siyasi partiya nümayəndəliyi” kimi qeydiyyatdan keçib.
 
TƏSİR ETMƏK MİSSİYASI
 
Diqqət çəkən detal Ədliyyə Nazirliyinin veb səhifəsinə yüklənən müraciət sənədlərinin Türkiyənin Afrində “Zeytun Budağı” hərəkatının başladığı 20 yanvardan yalnız 3 gün sonra doldurulmuş olmasıdır. Nümayəndəliyin missiyası Amerikadakı qanunvericilik fəaliyyətini Suriyada federalizmə bir həll olaraq seçilməsi, Türk “işğalı”nın dayandırılması və SDG nəzarətindəki bölgədə beynəlxalq aeroportun işlənməsinə icazə verilməsi istiqamətində təsir etmək kimi dəyərləndirilir.
FARA sənədlərinə görə, nümayəndəlikdə SDG-nin Vaşinqton nümayəndəsi olaraq Suriya vətəndaşı Sinəm Məhəmməd ilə birlikdə daha 3 nəfər də fəaliyyət göstərəcək. ABŞ nümayəndəliyi açılacaq olan SDG-nin əsl ünvanı olaraq "Hasekə, Şimali Suriya Demokratik Federasiyası” göstərilib. Nümayəndəlik üçün isə ABŞ-ın paytaxtı Vaşinqtonun cənub-qərb bölgəsində bir ünvan verilib. 31 yanvar tarixi etibarilə nümayəndəliyin hələ də təşkilatlanma mərhələsində olduğu bildirilib.
 
EHTİMAL OLUNAN FƏALİYYƏTLƏRİ
 
SDG nümayəndəliyinin ABŞ-dakı fəaliyyətlərinin nələr olduğuna dair suala verilən cavabda isə prioritet hədəflər arasında Amerika hökumətinin Suriyada federalizmi dəstəkləyəcək qanunlar çıxarması qeyd edilib. Tam ifadə belədir: "SDG-nin ABŞ-dakı missiyası ilk növbədə Amerika xalqının Suriyadakı demokratik proses mövzusunda maarifləndirilməsinə diqqət yetirəcək. SDG, Amerika hökumətinin Suriyadakı demokratiyanın gücləndirilməsi və Suriyadakı demokratik keçiddə federalizmi bir həll olaraq seçəcək qanunları çıxarması üçün təşviq edəcəkdir.
 
HƏYASIZ AÇIQLAMA
 
"ABŞ-da aparılacaq fəaliyyətlər siyasi fəaliyyətləri əhatə edəcək, yoxsa” sualına isə, "bəli” cavabı verilib. Siyasi fəaliyyətlərdən nə nəzərdə tutulduğuna isə bu ifadələrlə aydınlıq gətirilib: "SDG-nin ABŞ missiyasının qanunvericilik sahəsindəki səylərini artıracağı sahələr belə olacaqdır: Şimali Suriya Demokratik Federasiyası (KSDF) ordusunun daha yaxşı təhciz edilməsi, İŞİD sonrası dövrdə ehtiyac duyulacaq regionun terrorla mübarizə mexanizminin təkmilləşdirilməsi, Suriyadakı Türk “işğalı”nın dayandırılması, KSDF-nin beynəlxalq aeroportunun işlənməsinə icazə verilməsi və bölgəyə humanitar yardımların artırılması".
 
MALİYYƏ MƏNBƏYİ İANƏLƏRDİR
 
Müraciət aktında qeydiyyatdan keçmədən əvvəlki 60 gün ərzində xarici mənbədən pul alıb, almadıqlarına dair suala, "bəli” cavabı verilib. SDK-nin havadarlarından oktyabr-dekabr 2017-ci ildə toplanan 60 min dollarlıq ianə, nümayəndəliyin maliyyə mənbəyi kimi göstərilib.
Müxalifət.az