“Terror koridoru”na qarşı TÜRKİYƏNİN 4 MƏRHƏLƏLİ PLANI

Türkiyə cənub sərhəddində yaradılmaq istənən “terror dəhlizi”nin qarşısını kəsəcək dörd mərhələli hərəkat planı hazırladı. Plan çərçivəsində İdlib, Afrin və Menbiç olmaqla üç əsas hədəf müəyyənləşdirilib.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə cənub sərhəddində yaradılmaq istənən terror dəhlizinə dörd mərhələli hərəkat planı çərçivəsində zərbə endirəcək.
 Planda İdlib, Afrin və Menbiç olmaqla üç əsas hədəf müəyyənləşdirilib.
 Türkiyənin İraq və Suriyanın şimalında terror dəhlizi oyununa qarşı tətbiq edəcəyi uzun mənzilli hərbi planın detalları belədir:
 
 İLK MARŞRUT DAR TA İZZAH:
 
 Hatay- Reyhanlı sərhəd xəttindən ön hərbi birlik olaraq İdlibə girən və əməliyyatın başlanma düyməsinə basan Azad Suriya Ordusuna (ÖSO) bağlı müxalif qruplar ilə Türk əsgərinin ilk çatacağı marşrut İdlibin şimalındakı Dar ta İzzah olacaq. Hərəkat planında ilk hədəf olan İdlibdəki terrorçu ünsürlərin təmizlənməsi üçün “süpürmə əməliyyatı” buradan idarə ediləcək. İdlibin terrordan təmizlənməsi ilə İdlib-Dar ta İzzah xətti, yaradılması planlaşdırılan “keçid dəhlizi”nin ilk mərhələsi olacaq.
 
 AFRİNİN QAPISI Tel RÜFƏT İLƏ AÇACAQ:
 
 Hərəkatın ikinci mərhələsində “keçid dəhlizi”ni “Fərat Qalxanı” bölgəsinə çatdıracaq həmlə atılacaq. YPG-yi boğma əməliyyatı çərçivəsində terror təşkilatı YPG-nin arasında yer aldığı Suriya Demokratik Qüvvələrinin (SDG) nəzarətində olan Afrinin cənubundakı Cinderisi ilə Hələbin şimalında Ərəb əhalinin sıx olduğu Tel Rüfət rayonu terrordan təmizlənərək təhlükəsiz bölgəyə çevriləcək.
 
 AFRİNƏ BİRBAŞA ƏMƏLİYYAT:
 
 YPG-nin Menbiç ilə Afrin xətti tamamilə kəsiləcək. Qərbdən və cənubdan mühasirə edilən Afrin, nəzarət altına alınaraq İdlib təhlükəsiz zonasına daxil ediləcək. Hərəkatın üçüncü mərhələsində açılan dəhlizlə müdafiəsiz qalan və mühasirə altına alınan Afrinə qarşı “Cənubi Fərat” əməliyyatı aparılacaq. Terror təşkilatının Türkiyə sərhəddinin qarşısında strateji əhəmiyyətə malik Minnak Hava Bazasındakı nəzarəti və Amanos keçid xətti aradan qaldırılacaq.
 
 YPG FƏRATIN ŞƏRQİNƏ ÇƏKİLƏCƏK:
 
 Planın dördüncü mərhələsi “Qərbi Fərat” əməliyyatı ilə davam edəcək. Hədəf Menbiçe yerləşən, Türkiyənin qırmızı xəttini pozaraq Fəratın qərbinə keçən terror təşkilatı YPG olacaq. Menbiç terror elementlərindən təmizlənəcək və YPG Fəratın şərqinə çəkiləcək. Türkiyə bu gedişlə PKK/PYD-YPG terror təşkilatının tarixi Ərəb şəhəri olan Menbiçtə demoqrafik quruluşun dəyişdirilməsinə mane olacaq. Menbiç yenidən bölgənin sahiblərinin nəzarətinə veriləcək.
Müxalifət.az