“Terror hücumunu İsrail, MKİ, BƏƏ və YPG törətdi” – Türk general

Baxış sayı:
6553

Münbiçdə həyata keçirilən və İŞİD-ın üzərinə qoyulan bombalı hücum ABŞ-ın Suriyadan çəkilmə qərarına təsir göstərəcəkmi? ABŞ-ın bölgədə qalmasını hansı tərəflər dəstəkləyir? Rus agentliyi “Sputnik”-in bu suallarına Türkiyənin keçmiş Baş Qərargah Kəşfiyyat İdarəsinin rəisi general Pekin cavab verib.
 
ABŞ-ın yaxın zamanda Suriyadan çəkiləcəyini açıqlaması ilə İŞİD-ın etdiyi təcavüzün artmasının "əlamətdar” olduğuna işarə edən keçmiş Baş Qərargah Kəşfiyyat İdarəsinin rəisi Pekin, “Hücumu İŞİD üzərinə götürdü, ancaq İŞİD-ın üst pillələri belə bir hücumun əmrini verirmi? Bu terroru üzərinə götürmüş olsa da, belə bir təcavüz Amerikanın Suriyada qalması üçün bəhanə yaradacağından İŞİD-ın elə bir şey edəcəyini güman etmirəm. Bunun arxasında MKİ, yəni oradan çəkilmək istəməyən Amerika Neoconları ola bilər. Çünki Amerika Birləşmiş Ştatları Xüsusi Hərəkat Komandanlığı və ya MKİ-nin belə örtülü əməliyyatlar aparmaq imkanı var. Bu iki ehtimal xaricində, İsrail, Amerikanın regiondan çəkilməsini istəməyən YPG, Səudiyyə və ya Birləşmiş Ərəb Əmirlikləri də buna daxil ola bilər. Məqsəd Trampın qərarını bir daha nəzərdən keçirməsini təmin etməkdir. Təkcə Amerika ictimaiyyəti yox, cənab Pompeonun dolaşdığı 7-8 Ərəb ölkəsi də Trampın qərarını nəzərdən keçirməsi üçün "İŞİD yenidən canlanırmı” şəklində təzyiq yaratmaq həvəsindədirlər" deyib.
Müxalifət.az